Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti üçün bir sıra qanunlara dəyişikliklər ediləcək VİDEO

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti üçün bir sıra qanunlara dəyişikliklər ediləcək VİDEO

Bakı, 3 mart, AZƏRTAC

Martın 3-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 24 qanun layihəsi müzakirə edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda iqtisadi islahatların dərinləşməsi ilə əlaqədar görülən işlərdən danışıb. Bildirilib ki, gələcək inkişafımızda maliyyə resurslarından səmərəli istifadə edilməsi, maliyyə nəzarətinin təkmilləşdirilməsi, şəffaflığın artırılması ilə yanaşı, ən vacib məsələlərdən biri də ictimai nəzarətin gücləndirilməsidir. O, Prezident İlham Əliyevin fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı Fərmanın önəmindən söz açıb. İclasın gündəliyinə çıxarılan məsələlərin hamısının bu Fərmandan irəli gələn vəzifələr olduğunu söyləyib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır. Ötən dövr ərzində işçi qrup Palatanın fəaliyyətinin mütərəqqi beynəlxalq prinsip və standartlara uğun təşkil olunmasını təmin etmək məqsədilə bu sahədə mövcud olan beynəlxalq standartları araşdırıb. Bunun nəticəsi olaraq isə dövlət başçısına həm təşkilati, həm normativ xarakterli təkliflər təqdim edilib. Bu gün müzakirə olunan qanunvericilik aktları zərfi məhz normativ və qanunvericilik xarakterli təkliflərin məcmusudur. O bildirib ki, Azərbaycanda yenilik olan maliyyə bazarları tənzimləyicisi bir müddətdir həm Qərbdə, həm Şərqdə geniş tətbiq olunur. Bütövlükdə Palata kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək. Palata, həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Kredit təşkilatları dedikdə banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, milli poçt operatorunun maliyyə xidmətləri, sığorta sektoru dedikdə isə sığorta və təkrar sığorta şirkətləri, sığorta brokerləri və agentləri nəzərdə tutulur. Kapital bazarı ilə bağlı bir müddət bundan öncə parlamentdə yeni qanun qəbul olundu. Kapital bazarları institutları dedikdə investisiya şirkətləri, fond birjaları, klirinq depozitar institutları nəzərdə tutulur. Palata, həmçinin sistem əhəmiyyəti olmayan ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq. Sistem əhəmiyyəti olmayan ödəniş sistemləri dedikdə klirinq hesablaşma ödəniş sistemləri (elektron ödəniş kartları) Palatanın tənzimləmə sferasına daxil olacaq. Habelə bu gün mövcud olan qiymətli kağızların ticarəti üzrə klirinq və hesablaşma sistemlərinin fəaliyyətinin tənzimlənməsi hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən icra edilir, gələcəkdə isə bu funksiya Palatanın mandatına daxil ediləcək.

Qeyd edilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədə tənzimləmə və nəzarəti həyata keçirmək üçün bir neçə vasitədən istifadə edəcək. Bunlardan birincisi lisenziyalaşdırmadır. Palata yuxarıda sadalanan sahələrdə lisenziyalaşdırma aparacaq. İkincisi, Palata maliyyə sektorunda norma yaratmaq, normativ xarakterli aktlar qəbul etmək səlahiyyətlərinə malik olacaq. Üçüncüsü, Palata tənzimləmə subyektləri olan banklar, kredit təşkilatları, sığorta şirkətlərindən və kapital bazarları iştirakçılarından özünün müəyyən etdiyi forma və qaydalarda hesabatlar alacaq. Bu hesabatlar həmin təşkilatların maliyyə vəziyyəti, idarəetmə sistemlərinin effektivliyi barədə davamlı təsəvvürün və təhlillərin formalaşmasına xidmət edəcək. Dördüncüsü, Palata tənzimlədiyi maliyyə bazarları institutlarının fəaliyyətini yerindəcə yoxlayacaq. Yoxlama prinsipləri və qaydalar isə Palata tərəfindən müəyyən ediləcək. Nəhayət, tənzimlənmə və nəzarət prosesləri gedişində hər hansı qanun pozuntuları aşkar edildikdə və yaxud maliyyə bazarı subyektlərinin riskli fəaliyyəti aşkarlandıqda bu zaman təsir tədbirləri və ya sanksiya xarakterli tədbirlər tətbiq olunacaq. Bildirilib ki, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək.

İşçi qrupun rəhbəri vurğulayıb ki, iclasın gündəliyində təqdim olunan qanunvericilik zərfi məhz Palatanın sadalanan mandat çərçivəsində fəaliyyəti üçün hüquqi əsaslar yaratmağa xidmət edir. Hazırda bank, sığorta və kapital bazarları sektorlarını müxtəlif orqanlar tənzimləyir və orada nəzarət tədbirləri həyata keçirir. Bu tənzimləyici orqanlar isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir. Nəzərə alsaq ki, bu funksiyalar üç orqandan yeni yaradılacaq orqana keçəcək, buna görə də təklif olunmuş qanunvericilik zərfində məhz bu funksiyaların yeni quruma keçirilməsi üçün əlavə dəyişikliklər nəzərdə tutulub. Bunlar “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi haqqında, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi haqqında, “Poçt haqqında” Qanunda dəyişiklik edilməsi barədə və xeyli sayda sığorta və kapital bazarları ilə əlaqədar qanunlarda ediləcək dəyişikliklər haqqında qanun layihələridir. Habelə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda da məhz bu xarakterli dəyişikliyi təmin edəcək yeniliklər təklif olunur.

R.Aslanlı “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında da danışıb. Bildirilib ki, publik hüquqi şəxs ümumiyyətlə Azərbaycan qanunvericiliyində yeni bir formadır. Publik hüquqi şəxsin norma yaratma hüquqları əldə etməsi üçün hazırda qüvvədə olan Konstitusiya Qanununa əlavələr təklif olunur. Bu əlavələrin mahiyyəti haqqında danışan işçi qrupun rəhbəri qeyd edib ki, dəyişikliyə əsasən publik hüquqi şəxslər normativ xarakterli aktlar qəbul edə biləcəklər.

Vurğulanıb ki, yoxlamaları tənzimləyən iki qəbildən olan qanunverici sənədlər var. Lakin bugünkü reallıqlar göstərir ki, bu qanunlarda maliyyə sektoru müəssisələrinin yoxlanılması istisna olunur. Bu gün müzakirə olunan qanunvericilik zərfində nəzərdə tutulur ki, Palata gələcəkdə özünün müəyyən etdiyi qaydalar çərçivəsində tənzimləmə subyektlərində yoxlamalar aparacaq. Başqa sözlə, Palatanın yoxlama funksiyaları, prosesləri ümumi qanunvericilikdən ayrılır. Bununla əlaqədar olaraq ayrı-ayrı sektoral qanunlarda keçid müddəaları nəzərdə tutulub. Ümumiyyətlə, planlaşdırılır ki, Palatanın təşkilatlandırılmasından sonra bütövlükdə maliyyə bazarlarının tənzimlənməsi haqqında ümumi bir qanun hazırlansın. Burada isə həm lisenziyalaşdırılma, həm hesabatlılıq və yoxlamalar aspektləri birlikdə əhatə olunsun.

İşçi qrupun rəhbəri bildirib ki, Palata əməliyyat və maliyyə müstəqilliyinə malik olmalıdır. Bu nöqteyi-nəzərdən tənzimləmə subyektləri Palatanın fəaliyyətini maliyyələşdirmək üçün müəyyən haqlar ödəyəcək. Məhz bu prosedura hüququ əsas yaratmaq üçün müvafiq qanunlara əlavə və dəyişikliklər təklif olunur ki, bu əsasda Palata haqları ala bilsin.

R.Aslanlı təklif olunan sənədlərin Mərkəzi Bank və Palatanın səlahiyyətlərinin bölgüsünü dəqiq müəyyən etməyə imkan yaratdığını deyib. Mərkəzi Bank pul siyasətini həyata keçirəcək, ödəniş sistemlərinin fəaliyyətini təşkil edib, onu tənzimləyəcək, eyni zamanda, nağd pul təsərrüfatını təşkil edəcək. “Valyuta tənzimi haqqında” Qanunla Mərkəzi Bankın valyuta nəzarəti orqanı funksiyası olduğu kimi saxlanılır. Bank sisteminin tənzimlənməsi və nəzarəti funksiyası isə Palatanın səlahiyyətinə keçir.

Sonra Milli Məclisin deputatları qanun layihələri haqqında fikirlərini səsləndiriblər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti üçün bir sıra qanunlara dəyişikliklər ediləcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti ucuzlaşıb

Henrik Hololeyi: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çox vacib dönüş nöqtəsidir

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşlarla görüşəcək

Avropa Komissiyasının rəsmisi: Azərbaycan hər zaman Aİ-nin etibarlı və vacib enerji tərəfdaşı olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Riçard Hoqland: Azərbaycanla Ermənistan arasında baş verən son hadisələr tarixi proseslərdir

Ordu generalı To Lam Vyetnamın yeni prezidenti seçilib

Ticarət nazirinin müavini: ABŞ Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətini anlayır

Xəzər İbrahim: Azərbaycan Orta Dəhlizlə bağlı bütün məsələlərin mərkəzindədir

UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub

İtaliyada taksi sürücüləri tətil edib

Latviyada Rusiya vətəndaşlığını saxlayan şəxslər orduya çağırılmayacaqlar

“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

Rəsmi Tbilisi Venesiya Komissiyasının rəyini sərt tənqid edib

Süni intellekt tibb işçilərinə kömək edəcək

Beynəlxalq Buker Mükafatı qalibinin adı açıqlanıb

Vladimir Putin: İran Prezidenti etibarlı tərəfdaş idi

Çin kəşfiyyatına cəsusluqda ittiham olunan keçmiş Britaniya dəniz piyadası ölü tapılıb

Hidayət Heydərov: Hədəfim “Paris-2024”də qızıl medal qazanmaqdır VİDEO

Dünya çempionu Hidayət Heydərov Vətənə dönüb

ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib

Nigerdə yaraqlıların hücumu nəticəsində azı 7 əsgər öldürülüb

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Avropa çempionatının ikinci günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİB

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq qaydalar təsdiq edilib

ADY-nin sədri Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib YENİLƏNİB

“Israel HaYom”: Separatçı terrorçu Vardanyan Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Yol xəritəsi” üzrə görülən işlər müzakirə olunub

Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq

Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib

Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur

Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib VİDEO

Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək

ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…

SXA müəssisələrinin əməkdaşları üçün “PR və kommunikasiyanın əsasları” mövzusunda təlim təşkil edilib

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb