İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
Avqustun 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106022947 ISIN-li, 30 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 89.6842 AZN (9 faiz) və 98.6345 AZN (5.4999 faiz) olan 28 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 96.2593 AZN (6.3899 faiz), orta ölçülmüş qiyməti 97.3489 AZN (5,9784 faiz) müəyyən olunub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 108 milyon 278 min 300 manat, yerləşdirilmiş həcmi isə 39 milyon 500 min 400 manat təşkil edib.
İstiqrazlar 2025-ci il avqustun 5-də ödəniləcək. Hərrac iştirakçıları avqustun 10-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.