“Mançester Siti”nin daha iki oyunu təxirə salına bilər
Bakı, 29 dekabr, AZƏRTAC
İngiltərənin “Mançester Siti” futbol klubunun daha iki oyunu əvvəlcədən planlaşdırılmış vaxtda baş tutmaya bilər.
AZƏRTAC xəbər verir ki, 7 futbolçusu koronavirusa yoluxduğu üçün “Everton”la Premyer Liqa matçı təxirə salınan “şəhərlilər”in “Çelsi” və “Mançester Yunayted”lə görüşləri də sual altına düşüb. Çünki növbəti test zamanı klubun əməkdaşlarından hər hansı birində virus aşkarlanarsa, komandaya məşq etmək üçün icazə verilməyə bilər.
Bu qarşılaşmaların birincisi (3 yanvar) çempionatda, ikincisi (6 yanvar) isə Liqa Kubokunda keçirilməlidir.
Qeyd edək ki, 14 oyundan 26 xal toplayan “Mançester Siti” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]