ELM VƏ TƏHSİL
Martın 1-də keçirilmiş buraxılış imtahanında istifadə olunmuş “sual kitabçaları” DİM-in saytında yerləşdirilib
![Martın 1-də keçirilmiş buraxılış imtahanında istifadə olunmuş “sual kitabçaları” DİM-in saytında yerləşdirilib](/files/2020/1/1200x630/1587209078553217947_1200x630.jpg)
Bakı, 18 aprel, AZƏRTAC
Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün martın 1-də keçirilmiş buraxılış imtahanında istifadə olunmuş “sual kitabçaları” Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib. Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.
Xatırladaq ki, imtahanın nəticələri aprelin 15-də açıqlanıb. Hər bir imtahan iştirakçısı Mərkəzin saytında özünə aid olan səhifədə imtahanın nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olmaq imkanına malikdir.
Gün ərzində imtahanda istifadə olunmuş qapalı tipli test tapşırıqlarının izahı da DİM-in saytında yerləşdiriləcək.