İQTİSADİYYAT
MDB EKSPERTLƏRİ TƏCRÜBƏ MÜBADİLƏSİ APARIRLAR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir MDB Elektroenergetika Şurası İcraiyyə Komitəsinin (MDB EEŞİK) təşəbbüsü ilə təşkil olunmuşdu.
Sərgini keçirməkdən məqsəd energetika müəssisələri və təşkilatlarının rəhbərlərini, mütəxəssisləri zədələnmələrin və peşə xəstəliklərinin səmərəli surətdə azaldılması yolları və üsulları ilə tanış etmək idi. Bir sıra digər ölkələrin nümayəndələrinin də iştirak etdiyi sərgi konfransda əməyin mühafizəsinin normativ və metodoloji təminatı, işçilərin təhlükəsiz iş rejiminə hazırlığının müasir üsulları və vasitələri kimi məsələlər barədə diskussiyalar və təcrübə mübadiləsi aparmışlar.
Xatırladaq ki, Azərbaycan Respublikasının qanunvericilik aktlarına görə, müəssisələrdə əməyin mühafizəsi qaydaları və normalarının əsasını işçilərin həyatının və sağlamlığının qorunması prinsipləri təşkil edir və bu, hər kəsin təhlükəsiz və sağlam əmək şəraitinə malik olması hüququndan irəli gəlir. Bu baxımdan Moskvada hər il keçirilən sərgi böyük maraq doğurur.