“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
Bakı, 2 aprel, AZƏRTAC
Mayın 27-28-də və 30-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsəri “Bəyaz gecələrin ulduzları” XXVII musiqi festivalı çərçivəsində göstəriləcək. Mayın 27-də baletdə Azərbaycanın Əməkdar artisti Timur Əsgərov iştirak edəcək. Digər iştirakçılar və rollar barədə ətraflı məlumat veriləcək.
“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Gözəl musiqi və parlaq xoreoqrafiya bu baleti daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]