“Məktəbimizdə” fotorubrikası Ağstafa şəhəri 2 nömrəli tam orta məktəbə həsr olunub
Bakı, 10 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin budəfəki “Məktəbimizdə” fotorubrikası Ağstafa şəhəri 2 nömrəli tam orta məktəbə həsr olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, məktəbdə 1052 şagird 47 sinif komplektində birləşdirilib. Təhsil müəssisəsinin pedaqoji kollektivi 113 nəfərdən ibarətdir. Bu məktəb 1972-ci ildən fəaliyyət göstərir.
“Məktəbimizdə” fotorubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir.