MİKAYIL MÜŞFİQİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 15-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İctimai-hüquq informasiya mərkəzində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi gecəni kitabxananın direktoru Tahir Sadıxov açmışdır. O bildirmişdir ki, heyrətamiz şair Mikayıl Müşfiq XX əsr Azərbaycan ədəbiyyatı və incəsənəti tarixində ayrıca səhifə açmışdır. Şair qısa ömür yaşasa da, onun qoyub getdiyi ədəbi irs Azərbaycan mədəniyyətinin “qızıl fondu”nda layiqli yer tutmuşdur. Şairin nəğmələrdə yaşayan, dillər əzbəri olmuş şeirləri müasir lirikamızın misilsiz nümunələri olaraq qalmaqdadır.
Gecədə Mədəniyyət və Turizm Nazirliyinin kitabxanaçılıq bölməsinin müdiri Lətifə Məmmədova, Mikayıl Müşfiq yaradıcılığının tədqiqatçısı Gülhüseyn Hüseynoğlu, şairlərdən Seyran Səxavət, Vaqif Bəhmənli, Gülarə Munis, yazıçı-publisist İntiqam Mehdizadə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Firuzə Quliyeva, kitabxanaların işçiləri və başqaları çıxış etdilər.
Gecənin ikinci hissəsində iştirakçılara Bakı məktəblilərinin və “Şəlalə” xalq alətləri ansamblının iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olundu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]