MİLLİ FƏALİYYƏT PLANI ÜZRƏ İŞÇİ QRUPUNUN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatında respublikamızda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) icrası sahəsində görülmüş işləri və fəaliyyət perspektivlərini müzakirə etmək məqsədilə növbəti toplantı keçirilmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, tədbirdə plan üzrə işçi qrupunun və bu sənədin strukturuna müvafiq olaraq əməkdaşlıq istiqamətləri üzrə yaradılmış beş alt qrupun üzvləri iştirak etmişlər.
Toplantıda 2008-ci ilin I rübündə həmin sənədin icrası sahəsində həyata keçirilmiş fəaliyyət, ölkənin bütün rayonlarını əhatə etməklə ictimai dinləmələr keçirilməsi, iyunun18-də beynəlxalq konfrans və insan hüquqları aylığının təşkili məsələləri müzakirə olunmuşdur.
İşçi qrupunun rəhbəri, ombudsman E.Süleymanova çıxışında MFP-nin həyata keçirilməsi üzrə fəaliyyətin uğurlu olduğınu, bu mühüm sənədin icrası üçün məsul olan dövlət qurumlarının hesabatlarının ümumiləşdirilib Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim olunduğunu vurğulamışdır.
Toplantıda MFP-nin icrası ilə əlaqədar cari ilin birinci rübündə görülmüş işlər müzakirə olunmuş, iştirakçıların mülahizələri dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]