SİYASƏT
Milli gənclər təşkilatları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaqdır
Bakı, 24 (AZƏRTAC). Milli Məclisin deputatı Fuad Muradov Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Təşkilatı Gənclər Forumunun katibliyi tərəfindən təşkil olunmuş görüşdə iştirak etmək üçün dekabrın 25-də Türkiyənin İstanbul şəhərinə gedəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İslam tərəfdaşlığı çərçivəsində keçiriləcək tədbirdə qurumun mədəniyyətlərarası dialoq üzrə gələcək fəaliyyət planı, o cümlədən milli gənclər təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunacaqdır.
Fuad Muradov Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının perspektivdə görülməsi nəzərdə tutulan işləri barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcəkdir.
Səfər yanvarın 13-də başa çatacaqdır.