SİYASƏT
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri başa çatıb VİDEO
Ankara, 12 iyun, AZƏRTAC
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri çərçivəsində keçirilən görüşlər çox faydalı və səmərəli oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib.
Səfər çərçivəsində Türkiyənin yüksək vəzifəli şəxsləri, eləcə də hökumət üzvləri ilə və parlamentdə keçirilən görüşlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran nümayəndə heyətinin rəhbəri deyib ki, görüşlərdə Azərbaycan-Türkiyə münasibətləri, parlamanetlərarası əlaqələrin inkişafı yolları, Prezıdent, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər, işğaldan azad olunan ərazilərdə bərpa işləri müzakirələrin əsasını təşkil edib. Ümumilikdə, bu səfər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün faydalı olub.
Qeyd edək ki, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyətinə işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev daxil olublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara