MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini Gültəkin Hacıyeva mayın 18-də Parisə səfərə yola düşəcəkdir.
Səfərin məqsədi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsinin iclasında iştirak etməkdir.
Milli Məclisin deputatı komitə iclasında müzakirə olunan məsələlərə münasibət bildirəcəkdir.
Səfər mayın 22-də başa çatacaqdır.