REGİONLAR
Mingəçevir Dövlət Universitetinin magistrant və doktorantları beynəlxalq elmi konfransda iştirak ediblər
![](/files/galleryphoto/2020/2/1200x630/159143495147445424_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/2/1200x630/15914349512436059217_1200x630.png)
![](/files/galleryphoto/2020/2/1200x630/15914349512159641751_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/2/1200x630/15914349513660963233_1200x630.png)
![](/files/galleryphoto/2020/2/1200x630/15914349511645348159_1200x630.png)
![](/files/galleryphoto/2020/2/1200x630/15914349512679457896_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/2/1200x630/15914349512405538389_1200x630.png)
Mingəçevir, 6 iyun, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyinə həsr olunmuş “II İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfrans” keçirilib. Təhsil Nazirliyinin dəstəyi və Paşa Holdinqin sponsorluğu ilə distant formada təşkil olunan beynəlxalq konfransda dünyanın 21 ölkəsindən 325 gənc tədqiqatçı məruzə ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, UNEC və Mingəçevir Dövlət Universiteti (MDU) arasında elmi əməkdaşlığın inkişafının növbəti göstəricisi olaraq, bu nüfuzlu beynəlxalq konfransda MDU-nun 3 magistrantı və 6 doktorantı fəal iştirak edib. Belə ki, konfransın bölmə iclaslarında MDU-nun müəllimi, UNEC-in dissertantı Aynur Namazova “Müasir şəraitdə Azərbaycanın investisiya siyasətinin istiqamətləri”, MDU-nun müəllimləri - UNEC-in dissertantı Zaur Rəsulov “Gənc mütəxəssislərin işgüzar karyerasının inkişafı problemləri”, doktorant Məlahət Rəhimova “Aqrar sahədə innovasiyalardan istifadə meyilləri”, doktorant Yeganə Məmmədli “Aqrar sahədə modernləşmənin istehsalın inkişafına təsiri” mövzusunda, doktorant Xəyalə Xəlilova “İnsan resurslarının idarə edilməsində motivasiya məsələləri”, dissertant Saqib Məmmədov “Milli iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolu”, MDU-nun magistrantları - Pünhan Musayev “Pandemiya şəraitində makroiqtisadi sabitliyin təmin olunmasında Azərbaycan dövlətinin fiskal və monetar siyasətinin əsas xüsusiyyətləri”, Nuranə Abbasova-Zeynalova “Texnoparkların yaradılması təcrübəsi” və Əhəd Abdulxalıqov “Strateji yol xəritəsində qeyri-neft sektorunun inkişafının hədəfləri” mövzusunda məruzələrlə çıxış ediblər.
MDU-nun gənc əməkdaşları və magistrantları tərəfindən təqdim olunan məruzələr konfransın bölmə iclaslarının iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MDU-nun sözügedən beynəlxalq konfransda təmsil olunması UNEC və MDU arasında 2019-cu ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub.