Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı professor Cəfər Cəfərov olub

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşün qonağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov olub.

“Müəllim hazırlığı” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov tarix elmləri doktoru C.Cəfərovun bioqrafiyası barədə ətraflı danışıb, onun Moskva Dövlət Universitetində təhsil almasını diqqətə çatdırıb. 2016-cı ildən ADPU-ya rəhbərlik edən C.Cəfərovun peşəkar fəaliyyəti haqqında məlumat verən Ş.Bayramov onu ali təhsilin idarə edilməsi sahəsində təcrübəli mütəxəssis kimi xarakterizə edib.

C.Cəfərov regionda yerləşən MDU-nun tələbə, magistrant və professor-müəllim heyəti üzvlərinin iştirak etdiyi görüşə qatılmaqdan məmnunluğunu ifadə edib, pandemiya dövrünün reallıqlarına və son günlər mənfur qonşularımız tərəfindən törədilən təxribatlara toxunub.

Sonra professor “Müəllim hazırlığı” mövzusunda geniş nitq söyləyib. O, təhsilin cəmiyyətin inkişafında rolu, milli təhsil və maarifçilik ənənələrimizin qorunmasının əhəmiyyəti, müəllim hazırlığında müşahidə olunan yeni trendlərə adekvat addımlar atılmasının vacibliyi haqqında danışıb. Ulu öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” tarixi deyimini xatırladan C.Cəfərov ölkəmizdə pedaqoji kadr hazırlığına göstərilən yüksək dövlət qayğısından, təhsildə varislik və müasirlik prinsiplərinin gözlənilməsinin vacibliyindən, milli şüurun formalaşdırılmasında müəllimlərin müstəsna xidmətlərindən bəhs edib.

Professor milli dəyərlərin qorunması, tarixi köklərimizə bağlılığın möhkəmləndirilməsi, yüksək mənəvi keyfiyyətlərin formalaşması, azərbaycançılıq məfkurəsinin aşılanması, vətənə, xalqa və dövlətə sevginin dərinləşdirilməsi baxımından müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Müəllimlərin işə qəbulu ilə bağlı şəffaf mexanizmin formalaşmasını və qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik peşəsini seçməsini vurğulayan C.Cəfərov pedaqoji profil üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində ADPU-da görülən işlər barədə məlumat verib. Əmək bazarının sürətlə dəyişən tələblərindən bəhs edən qonaq gələcəyin müəllimlərini rəqəmsal bacarıqlarını və xarici dil biliklərini inkişaf etdirməyə, müəllim adını daim uca tutmağa çağırıb.

Daha sonra C.Cəfərov görüş iştirakçılarının universitet-orta məktəb əməkdaşlığının mövcud vəziyyəti, cari ilin sentyabrından tətbiq olunacaq yeni təhsil standartlarından gözləntilər, gələcəyin müəllimləri üçün vacib olan səriştələr, şagirdlərin sevimli müəllimi olmağın sirləri, ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında reallaşdırılan birgə magistratura proqramı və digər məsələlərə dair çoxsaylı suallarını cavablandırıb.

“Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunan səmimi görüş həm iştirakçıların, həm də qonağın böyük marağına səbəb olub.

Qeyd edək ki, layihənin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanlar yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində mayın 22-də BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, iyunun 17-də Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyevlə görüş keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var

Filippində denge qızdırması pik həddinə çatıb

Nazir: Uşaqların 85 faizindən çoxu bağçalara və məktəbəhazırlığa cəlb olunub

Azərbaycan Premyer Liqasına qayıdan komanda yeni qapıçı transfer edib

ABŞ-da seçicilərin 72 faizi Cozef Baydenin sağlam olmasına şübhə edir

11 yaşını qeyd edən Oxu.az yeni layihəyə hazırlaşır – REPORTAJ

Fransa parlamentinə seçkilərin ilk turunda “Milli birlik” partiyası qalib gəlib

Misir və Aİ 33 milyard dollarlıq investisiya müqavilələri imzalayıb

Azərbaycan Ordusunun zabiti vəfat edib

“Azərpoçt” 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak edir

İspanlar kütləvi turist axınına etiraz edirlər

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

BDU-nun həmtəsisçisi olduğu jurnal 489 beynəlxalq nəşr arasında 6-cı yerdə olub

Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Ötən həftəsonu təhvil götürülən silah-sursatın sayı məlum olub

DİN: Son iki gündə 216 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Prezident İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan güləşçiləri xatirə turnirində beş medal qazanıblar

Prorektor: Sevindirici haldır ki, ADA Beynəlxalq Təhsil Konfransı çox dinamik və populyar platformaya çevrilib

Macarıstan Aİ Şurasının sədri oldu

Elm və təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Yens Stoltenberq NATO-nun Baş katibi postunda sonuncu müsahibəsini verib

Hərbi Tibb fakültəsində feldşerlərin buraxılış mərasimi olub

DİN: Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb

Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

Türkiyə Azərbaycandan idxal edilən bəzi məhsullara gömrük rüsumunu azaldıb

BVF Qanada iqtisadi islahatlara dəstək üçün 360 milyon dollar ayırıb

“SOCAR Downstream Management” şirkətində görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib

"Asiya uşaqları" Oyunları: Azərbaycan atleti bürünc medal qazanıb

Dünya birjalarında neft bahalaşıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Şabranda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan dövləti Ukrayna Milli Uşaq Kitabxanasının təmirinə maliyyə yardımı ayırıb

İmişlidə qəza zamanı ata ölüb, övladı xəsarət alıb

Hacıqabulda yol qəzası olub, yaralılar var

Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb

NATO Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirəcək

Beynəlxalq münasibətlər sistemində daha səmərəli iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Çingiz Qənizadə: Azərbaycan polisi ictimai-siyasi sabitliyin qorunmasında və Vətənin müdafiəsində həmişə ayıq-sayıqdır

Amerika Kuboku: Ekvador millisi 1/4 finala yüksəlib

NATO-nun məsləhətçisi: Almaniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda böyük potensial görür – MÜSAHİBƏ

“Asiya uşaqları” Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb

Stoltenberq: Çin NATO-nun maraqlarına meydan oxuyur

Media: NATO üzvləri kəşfiyyat təyyarələri tərəfindən toplanmış məlumatları Ukrayna ilə paylaşır

Albaniyanın əhalisi son 13 ildə 14 faiz azalıb

Putin və Lukaşenko Astanada ŞƏT sammiti çərçivəsində görüşəcəklər

Media: ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub VİDEO

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO