Minskdə Avropa Oyunlarında Rusiya Yığmasının Azarkeşləri Evi fəaliyyət göstərəcək
Bakı, 22 aprel, AZƏRTAC
Minskdə Avropa Oyunlarında Rusiya Yığmasının Azarkeşləri Evi fəaliyyət göstərəcək. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Olimpiya Komitəsinin rəhbəri Stanislav Pozdnyakov bu obyektin iyunun 20-də açılacağını bildirib.
Rusiya Olimpiya Komitəsinin rəhbəri deyib: “Belarusda bizim idmançıları dəstəkləməyə gələcək bütün azarkeşləri görmək bizim üçün xoş olacaq. Onları görmək və səylərini birləşdirmək mühümdür. Bu məqsədlə Minskdə Rusiya Yığmasının Azarkeşləri Evi fəaliyyət göstərəcək. O, şəhərin mərkəzində böyük və gözəl binada - Moskva Evində yerləşəcək. Tədbirlər keçirmək üçün ətraf ərazilərdən də istifadə ediləcək”.
Qeyd edək ki, Minskdəki Moskva Evi Moskva Beynəlxalq Əməkdaşlıq Mərkəzinin nümayəndəliyidir. Onun yerləşdiyi bina Belarus paytaxtının tarixi mərkəzindədir.
İkinci Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Azərbaycanda keçirilən Birinci Avropa Oyunları zamanı Bakıda da Rusiya Yığmasının Azarkeşləri Evi təşkil olunmuşdu. O, Azərbaycan sakinlərinin və şəhərin qonaqlarının sevimli yerinə çevrilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]
Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb
- 13.10.2026 [10:03]
“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq
- 13.10.2026 [02:21]
“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]