İDMAN
Misir mətbuatı Azərbaycan səfirinin “Bakı-2015”-lə bağlı müsahibəsini yayıb
Qahirə, 13 iyun, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin Yaxın Şərq Xəbərlər Agentliyinə “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı müsahibə verib.
Müsahibə Yaxın Şərq Xəbərlər Agentliyi ilə yanaşı, Misirin digər kütləvi informasiya vasitələrində də yayılıb.
Səfir ilk Avropa Oyunlarının əhəmiyyəti barədə danışıb, yarışlarda 50 Avropa ölkəsindən 6 min idmançının 253 medal dəsti uğrunda mübarizə apardığını diqqətə çatdırıb. O, Avropa Oyunlarının açılış mərasimində bir çox ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiklərini bildirib.
Ş.Abdullayev, həmçinin BMT-nin baş katibi Pan Gi Munun ilk Avropa Oyunlarının beynəlxalq və regional əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyi ilə bağlı fikrini xatırladıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə