SİYASƏT
Misirin “əl-Cumhuriyyə” nəşriyyat və yayım korporasiyası ilə AzərTAc arasında əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib VİDEO
Bu sözləri Misirin “əl-Cumhuriyyə” nəşriyyat və yayım korporasiyasının idarə heyətinin rəhbəri Cəla Caballah IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə oktyabrın 3-də keçirdiyi görüşdə söyləyib.
Forum çərçivəsində keçirilmiş “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” mövzusunda “dəyirmi masa”nın əhəmiyyətini vurğulayan misirli qonaq tədbirin yüksək səviyyədə təşkil edildiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Cəla Caballah Misirin “MENA” xəbər agentliyi ilə AZƏRTAC arasında informasiya mübadiləsi ilə bağlı sazişin bağlandığını xatırladaraq bu sahədə əməkdaşlığı daha da dərinləşdirməyə ehtiyac olduğunu bildirib və rəhbərlik etdiyi korporasiyanın buna daim hazır olduğunu deyib. Cala Caballah bildirib ki, korporasiya özündə dörd gündəlik və 1 həftəlik qəzeti, üç həftəlik və bir aylıq jurnalı, aylıq “əl-Cumhuriyyə” kitabını, yayım, elan şirkətlərini və mətbəəni birləşdirir. Qonaq Azərbaycan ilə bağlı həqiqətlərin Misir ictimaiyyətinə çatdırılmasında AZƏRTAC-ın rolunu vurğulayıb, Misir mətbuatında Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı informasiyaların sayının artacağına əminliyini bildirib.
Bakı Forumunda iştirak etdiyi üçün misirli qonağa təşəkkürünü bildirən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin tarixi, xarici əlaqələri barədə məlumat verib. Baş direktor Misirin ərəb dünyasında, o cümlədən beynəlxalq aləmdə mühüm yer tutduğunu bildirərək AZƏRTAC-ın da “əl-Cumhuriyyə” korporasiyası ilə əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib və bu barədə sazişin bağlanmasının əhəmiyyətini vurğulayıb.