SİYASƏT
Misirin “Əl Diplomasi” portalı Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsinin tam mətnini yayıb
![Misirin “Əl Diplomasi” portalı Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsinin tam mətnini yayıb](/files/2022/1/1200x630/16437188803649633487_1200x630.jpg)
Qahirə, 1 fevral, AZƏRTAC
Misirin “Əl Diplomasi” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsinin tam mətnini yayımlayıb.
Portalın ingilis dilində xəbərlər bölməsində yayımlanan materialda oxuculara dövlətimizin başçısının Gəncədə həyata keçirilən infrastruktur layihələri, Azərbaycanın ikinci ən böyük şəhərində sosial-mədəniyyət obyektlərinin istifadəyə verilməsi, erməni ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoyarkən Ermənistanın törətdiyi vəhşiliklər, erməni faşizmi və digər məsələlərlə bağlı fikirləri təqdim olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə