MONİTORİNQ ZAMANI GÖTÜRÜLMÜŞ NÜMUNƏLƏRDƏ “QUŞ QRİPİ” XƏSTƏLİYİNİN DAŞIYICISI MÜƏYYƏN OLUNMAMIŞDIR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “quş qripi” ilə bağlı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi, Lənkəran rayonlarındakı milli park və qoruqlarda, ölkənin dənizsahili zonalarında aparılmış növbəti monitorinq başa çatmışdır.
Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılmış monitorinq zamanı 26 baş çöl quşunun patoloji, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda isə 2133 baş ev quşundan götürülmüş qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilmişdir. Nümunələrdə “quş qripi” xəstəliyinin daşıyıcısı müəyyən olunmamışdır. Monitorinqin keçirildiyi ərazilərdə xəstə və xəstəlikdən tələf olmuş quşlara da təsadüf edilməmişdir.
Növbəti monitorinqə mayın 12-də start veriləcəkdir.
Dövlət Baytarlıq Xidməti əhalinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev quşları qapalı şəraitdə saxlanmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qadağandır.
Əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]