CƏMİYYƏT
Monitorinqlər zamanı 44 ticarət müəssisəsi və 28 ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
![Monitorinqlər zamanı 44 ticarət müəssisəsi və 28 ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub](/files/2022/3/1200x630/16629933412215910687_1200x630.jpg)
Bakı, 12 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 9-da respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 44 ticarət müəssisəsi və 28 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 45 müəssisədə nöqsanlar müəyyən olunub.
Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 43, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 25 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələrin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar: