DÜNYA
Monteneqro Avropada iqtisadiyyatı ən sürətlə artan ölkə olub
Podqoritsa, 23 sentyabr, AZƏRTAC
Monteneqro iqtisadiyyatı cari ilin ikinci rübündə 12,7 faiz artım göstərərək Avropanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub.
AZƏRTAC xəbər verir ki, Monteneqronun Statistika İdarəsinin (Monstat) məlumatına görə, ilin ikinci rübündə ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7 faiz artaraq 1 milyard 137,7 milyon avrodan 1 milyard 395,8 milyon avroya yüksəlib.
Hesabat dövründə Avropa İttifaqında orta artım tempi 4,1 faiz olduğu halda, Monteneqro 12,7 faizlik göstərici ilə qitədə ən sürətlə inkişaf edən ölkələr siyahısında ilk yerdə qərarlaşıb.
Xatırladaq ki, iqtisadiyyatı əsasən turizmə əsaslanan Monteneqroda COVID-19 epidemiyası səbəbindən 2020-ci ildə təxminən 15 faiz iqtisadi geriləmə olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2024 [22:55]
Almaniyada rezonans doğuran iş üzrə hökm elan olunub
- 15.05.2024 [20:32]
Stella Assanj: Culian hara getsə, onunla gedəcəyəm
- 15.05.2024 [20:19]
Baydenlə Trampın ilk debatının tarixi açıqlanıb
- 15.05.2024 [17:59]
Hakan Fidan ilə Antoni Blinken bölgədəki son vəziyyəti müzakirə ediblər
- 15.05.2024 [17:40]
Alimlərin araşdırması: Uşaqlıqda artıq çəki ömrü iki dəfə qısalda bilər
- 15.05.2024 [17:32]