Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Moskva Dövlət Universitetinin Bakı filialında ilk məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir

Bakı, 7 iyul (AZƏRTAC). İyulun 7-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ilk məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, nazirlər, komitə sədrləri, ali məktəblərin rektorları, deputatlar, valideynlər iştirak etmişlər.

Əvvəlcə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaranması və fəaliyyəti haqqında film nümayiş olunmuşdur.

Tədbiri açan Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz PAŞAYEVA mərasim iştirakçılarını salamlayaraq demişdir:

- Bu gün Moskva Dövlət Universitetinin Bakı filialının həyatında əlamətdar tarixi gündür. Zənnimcə, bu mühüm və parlaq hadisə təkcə bu günlə bağlı deyildir. Mən bir məsələdə əminəm ki, hər şeyə qadir olan zaman gələcəkdə öz hökmünü və müdrikliyini göstərərək, bu mühüm hadisənin dövlətlərimizin həyatında, Azərbaycan və Rusiya vətəndaşlarının həyatında dolğun və parlaq qiymətini daha dəqiq verəcəkdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin şöhrəti bütün dünyaya məlumdur.

Universitetlərin bütün zamanlarda bilik və nəcib məziyyətlərin yaradıcısı və qoruyucusu olduğunu qeyd edən Nərgiz Paşayeva demişdir ki, kəşməkəşli XXI əsrin əvvəlində ölkələrimiz sülh və əmin-amanlığın, qarşılıqlı hörmət və həmrəyliyin hökm sürdüyü, elmi mübahisələrdən başqa heç bir mübahisənin olmadığı ümumi bir ev - Moskva Dövlət Universitetinin Bakı filialını yaratmağa nail olmuşlar.

Ali məktəbin ilk məzunlarını təbrik edən rektor demişdir:

- Əziz məzunlarımız, siz bu günün qəhrəmanlarısınız. Biz bütün bu illər ərzində sizə təkcə biliklər deyil, həm də qəlbimizin və ruhumuzun bir parçasını vermişik. Biz sizə təkcə tələbkar müəllim deyil, həm də mehriban dost olmağa çalışmışıq. Biz çalışmışıq ki, siz biliyin, elmin, təhsilin gücünə, özünüzə, ədalətə, dürüstlüyə, xeyirxahlığa inanasınız, sizi böyüdüb boya-başa çatdıranlara, qayğınızı çəkənlərə hörmət bəsləyəsiniz, həqiqi peşəkarlar, ən başlıcası isə öz ölkənizin əsl vətənpərvərləri olasınız.

Möhtərəm müəllimlər, Moskva Dövlət Universitetindən olan əziz həmkarlar, sizə sonsuz minnətdarlığımı bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm. Axı, məhz siz bu dörd il ərzində universitetimizin canlı mənbəyi olmusunuz. Sizin nəcib və misilsiz əməyiniz, qəlbinizin hərarəti olmasaydı, biz belə yüksək nəticələrə nail ola bilməzdik. Bizim üçün etdiklərinizə görə qarşınızda baş əyirik.

Nərgiz Paşayeva salonda olan bakılı müəllimlərə və məzunların valideynlərinə minnətdarlığını bildirmişdir.

Bakı filialının rektoru M.V.Lomonosov adına MDU-nun rektoru, akademik Viktor Sadovniçiyə xüsusi minnətdarlığını ifadə etmişdir:

- Sizin dəstəyiniz və ən başlıcası mənə göstərdiyiniz etimad olmasaydı, mənim üçün çox çətin olardı. Güman etmirəm ki, mən və bütün həmkarlarım nail olduqlarımızı edə bilərdik. Güman etmirəm ki, qarşımıza qoyduğumuz bütün plan və vəzifələri həyata keçirə bilərdik. Siz bizim xeyirxah himayədarımızsınız. Siz bu dörd il ərzində bizi dəstəkləyən, başa düşən, ruhlandıran, istiqamətləndirən, bütün uğur və nailiyyətlərimizi vurğulayan insansınız. Çox sağ olun.

Sonra Nərgiz Paşayeva Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkini tribunaya dəvət etmişdir.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey NARIŞKİN mərasim iştirakçılarını salamlayaraq bu gözəl bayram tədbirində iştirak etdiyinə ürəkdən şad olduğunu bildirmişdir. Üç il yarım bundan əvvəl Moskva Dövlət Universitetinin Bakı filialının açılışında iştirak etdiyini xatırladan S.Narışkin demişdir ki, indi ona ali məktəbin ilk məzunlarına diplomlar təqdim etmək imkanı nəsib olmuşdur.

Rusiya Dövlət Dumasının sədri vurğulamışdır ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialının məzunları üçün bu, əlamətdar və fərəhli gündür, çünki onlar ali təhsil haqqında diplom alırlar. Rusiya Dövlət Dumasının sədri məzunlara müraciətlə demişdir: “Kimsə zarafatla demişdir ki, ali təhsil haqqında diplom bu sənədin sahibinin nə isə öyrənmək şansı olduğunu təsdiq edir. Ancaq sizin barənizdə danışanda bu, yalnız zarafatdır. MDU-nun Bakı flialının məzunları bu şansdan yüz faiz istifadə etmişlər”. O vurğulamışdır ki, Moskva Dövlət Universiteti təkcə Azərbaycanda və Rusiyada deyil, bütün dünyada tanınan və dəyərləndirilən brenddir. MDU-nun Bakı filialının məzunu adını daşımaq şərəfli olmaqla yanaşı, həm də məsuliyyətlidir. Çünki bu ali məktəbin məzunu adını daim uca tutmaq lazımdır. Rusiya Dövlət Dumasının sədri əmin olduğunu bildirmişdir ki, MDU-nun Bakı filialını bitirmiş gənclər harada işləmələrindən asılı olmayaraq - istər dövlət, istər bələdiyyə idarəsi, biznes, sosial sahələrdə hər yerdə ən yüksək səviyyəyə qalxmağa imkan verən gözəl biliklər əldə etmişlər. Bu gün müasir, gələcəyə doğru irəliləyən Azərbaycana sizin kimi novator, yaradıcı, həqiqətən müasir biliklərə malik gənclər lazımdır. S.Narışkin demişdir: “Biz yaşlı nəslin nümayəndələri də ali məktəbləri bitirmiş, ali təhsil almışıq. İndi xatırlayıram ki, bu məqamda mən həyəcan keçirir, arzulayırdım, peşə karyeramla bağlı planlar qururdum. Doğrusunu deyim ki, mənim arzularımın bir hissəsi həyata keçdi”.

Rusiya Dövlət Dumasının sədri məzunlara təhsil illərində qazandıqları bilikləri həyatda tətbiq etməyi arzulamışdır. O, məzunlara xeyir-dua verərək demişdir: “Səhvlərə az yol verin, müdrik müəllimlərinizin öyrətdiklərini tez-tez yada salın. Bir də xahiş edirəm Rusiya ilə Azərbaycan arasında dostluğun ildən-ilə möhkəmlənməsi üçün əlinizdən gələni əsirgəməyin. Bu dostluğun, həqiqətən, dərin tarixi kökləri vardır. Sizin bu münasibətlərə əlavə edəcəyiniz enerjidən, hisslərdən Azərbaycanın gələcəyi, Rusiyanın gələcəyi çox asılıdır”. O, gənclərə böyük uğurlar və xoşbəxtlik arzulamışdır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor SADOVNİÇİ mərasimdə çıxış edərək bildirmişdir ki, universitetlər onilliklərlə, yüzilliklərlə təşəkkül tapır. Lakin ilk buraxılış istənilən ali məktəbin tarixində başlıca səhifələrdən biri olur. MDU-nun rektoru demişdir: “Siz artıq tarixin bir hissəsisiniz. Gələcək nəsillər sizin barənizdə həmişə deyəcəklər: onlar universiteti ilk bitirənlərdir. Onlar müstəqil həyata ilk qədəm qoyanlardır”.

V.Sadovniçi ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında və dərinləşməsində, vahid elm və təhsil məkanının qorunub saxlanmasında böyük rolunu diqqətə çatdırmışdır. O demişdir: “MDU-nun Bakı filialının yaradılmasının əsasını Heydər Əliyev ideyaları, onun xalqlarımızın, ölkələrimizin həmişə bir yerdə olmasına yönəldilmiş fədakar əməyi təşkil edir”. MDU-nun rektoru vurğulamışdır ki, Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması ideyası onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə meydana gəlmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təxminən üç əsrlik tarixi ərzində ilk dəfə MDU-nun Bakı filialı kimi qurumun yaradılmasına yaşıl işıq yandırılmışdır. Akademik V.Sadovniçi demişdir: “Bir neçə il ərzində universitet qüvvətlənmiş və az vaxt keçməsinə baxmayaraq, indiki təhsil ocağına çevrilmişdir”.

Rektor bildirmişdir ki, bu gün müstəqil həyata qədəm qoyan məzunların qarşıda çətinlikləri, sınaqları, qələbələri, sevincləri və uğurları olacaqdır. O demişdir: “Müstəqil qərarlar qəbul etməyə, çalışmağa, yeni uğurlar qazanmağa, mürəkkəb həyat pillələrində yeni addımlar atmağa hazır olun. Ümidvarıq ki, universitetdə çətin təhsil illəri bunu sizə öyrətmişdir”.

V.Sadovniçi ali məktəbin yaradılması üçün çox işlər görmüş Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirmişdir. O, həmçinin M.V.Lomonosov adına MDU-nun Bakı filialının ilk məzunlarına diplomların təqdim olunması mərasimində iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinə minnətdarlıq etmişdir.

Çıxışlardan sonra S.Narışkin, V.Sadovniçi və N.Paşayeva məzunlara diplomları təqdim etmişlər.

Məzunlar adından çıxış edən Sona Nəsibova qonaqlara, mərasim iştirakçılarına və müəllimlərə minnətdarlığını bildirmişdir.

Daha sonra məzunların ifasında beynəlxalq tələbələr himni səslənmişdir.

Təntənəli mərasim tələbələrin ifasında ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq