MOSKVA ERMƏNİLƏRİ ‘İTALYAN’ ÇƏKMƏLƏRİ TİKİRLƏR
Moskva vilayəti Baş Daxili İşlər İdarəsi (BDİİ) miqrasiya müfəttişliyinin əməkdaşları İngiltərə, İspaniya və İtaliya firmalarının nişanları ilə ayaqqabı istehsalı ilə məşğul olan iri müəssisəni bağlamışlar. Moskva ətrafındakı Reutov şəhərində yerləşən və 400 kvadratmetrdən artıq sahəsi olan gizli müəssisədə Ermənistan vətəndaşları işləyirdilər. Məlum olmuşdur ki, 35 Ermənistan vətəndaşından heç biri işləmək hüququ verən sənədə malik deyildi. BDİİ əməkdaşları etiraf edirlər ki, bu, onların xatırladıqları belə ən iri müəssisələrdən biridir.