MOSKVADA AZƏRBAYCAN RƏSSAMININ FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
Moskvada, “Na Solyanke” dövlət sərgi salonunda Azərbaycan və Rusiya mədəniyyət nazirliklərinin, habelə “ROSİZO” dövlət muzey-sərgi mərkəzinin təşəbbüsü ilə Azərbaycan rəssamı Sakit Məmmədovun fərdi sərgisi açılmışdır.
Sərginin açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu və Rusiyanın mədəniyyət naziri Mixail Şvıdkoy çıxış etmişlər. Onlar vurğulamışlar ki, Moskvada bu sərginin açılması Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin daha da möhkəmləndiyini, hər iki ölkə ictimaiyyətinin mədəniyyətlərimizin qarşılıqlı surətdə zənginləşməsinə böyük maraq göstərdiyini sübut edir.
Sakit Məmmədov Azərbaycan rəssamlarının yeni nəslinin nümayəndəsidir. 20 illik yaradıcılıq fəaliyyəti ərzində onun əsərləri 30-dan çox mötəbər sərgidə, o cümlədən ABŞ-da, Almaniyada, İsveçrədə, Türkiyədə, Avstriyada nümayiş etdirilmiş, yeddi dəfə birinci dərəcəli diploma layiq görülmüşdür. Rəssamın əsərləri muzeyləri və qalereyaları, habelə Avropa Şurasının əsas binasını bəzəyir.
İndiki sərgidə nümayiş etdirilən “Qız portreti”, “İspan qızı”, “Xəzər”, “Bayram”, “Yaşasın İstanbul!” tabloları xüsusilə diqqəti cəlb edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:21]
Rasim Abdullayevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]