MOSKVADA AZƏRBAYCANIN MUSİQİ MƏDƏNİYYƏTİ XADİMLƏRİNƏ HƏSR EDİLMİŞ KONSERT
Dekabrın 11-də Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda Azərbaycan və Rusiya incəsənət ustalarının görkəmli bəstəkarımız Fikrət Əmirovun 80 illiyinə və dahi maestro Niyazinin 90 illiyinə həsr edilmiş konserti olmuşdur.
Konsert başlanmazdan əvvəl Rusiyanın və Azərbaycanın mədəniyyət nazirləri Mixail Şvıdkoy və Polad Bülbüloğlu çıxış etdilər. Onlar xüsusi vurğuladılar ki, bu konsert iki dost dövlətin mədəni həyatında böyük hadisədir.
Fikrət Əmirovun və maestro Niyazinin dəfələrlə çıxış etdikləri Sütunlu salonda Azərbaycan musiqi mədəniyyəti klassiklərinin əsərləri yenidən səsləndi.
Konsertdə Pyotr Çaykovski adına Rusiya Dövlət Böyük Simfonik Orkestri Niyazinin və Fikrət Əmirovun əsərlərini - “Rast” və “Kürd ovşarı” simfonik muğamları, “Azərbaycan kapriççiosu”nun finalını ifa etdi. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Qərinə Kərimova Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyasını oxudu. Orkestrə Azərbaycanın xalq artisti Rauf Abdullayev dirijorluq edirdi.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, xalq yazıçısı Rüstəm İbrahimbəyov, Moskva ziyalılarının və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, Rusiya siyasətçiləri, jurnalistlər, xarici ölkələrin Moskvadakı səfirləri konsertdə olmuşlar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [12:13]
Muzey və qoruqlarda “açıq qapı” günüdür
- 18.04.2025 [12:07]
Uşaq İncəsənət Festivalında birinci seçim turu başlayır
- 18.04.2025 [10:56]
Kukla teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq
- 18.04.2025 [10:44]
Klassika ilə novatorluğun, keçmişlə müasirliyin vəhdəti
- 18.04.2025 [09:00]
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
- 18.04.2025 [05:10]
İRS jurnalının ərəb dilində yeni nömrəsi işıq üzü görüb
- 17.04.2025 [22:01]
Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib
- 17.04.2025 [16:36]
Yağışlı aprelin günəşli “Ulduzu”
Tramp İtaliyaya səfər edəcək
- 17.04.2025 [23:46]
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub
- 17.04.2025 [23:41]
ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var
- 17.04.2025 [22:52]
Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala yüksəlib
- 17.04.2025 [22:12]
Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib
- 17.04.2025 [22:01]