SİYASƏT
MOSKVADA MDB İQTİSADİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın Rusiyanın “Novosti” agentliyinə istinadən xəbər verdiyi kimi, sentyabrın 5-də Moskvada baş nazirlərin müavinləri səviyyəsində MDB İqtisadi Şurasının 17-ci iclası keçiriləcəkdir. Gündəliyə 20 məsələ çıxarılacaqdır.
İştirakçılar Birlik üzvü olan dövlətlərin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin inkişafı üzrə təkliflər, tarif məhdudiyyətləri və onların mərhələ-mərhələ ləğv olunması qrafiklərinin razılaşdırılması üzrə ikitərəfli danışıqların gedişini müzakirə edəcəklər.
Ekspertlər eyni zamanda MDB hökumət başçıları şurasının dəmir yol nəqliyyatında tarif siyasətinin müəyyən olunması və birlik dövlətlərinin dəmir yollarının tarif siyasəti haqqında 1996-cı il 18 oktyabr tarixli qərarının həyata keçirilməsi gedişini də müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [16:56]
MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var
- 02.07.2024 [16:00]