Müasir dünyada müqəddəs insanlara hörmətsizlik etmək və bunu azadlıq adlandırmaq faciədir
Tehran, 21 yanvar, AZƏRTAC
İran İslam Respublikası dini müdafiə etmək bəhanəsi ilə terror aksiyası törədənləri, eyni zamanda, azadlığı müdafiə adı altında insanların dini inanclarına qarşı edilən hörmətsizliyi pisləyir.
Bu sözləri yanvarın 21-də İran İslam İnqilabının Ali Şurasında çıxış edən Prezident Həsən Ruhani Parisdə baş vermiş terror aksiyasına münasibət bildirərkən deyib.
Prezident bəyan edib ki, İslam və müsəlmanlar adına terrorçuluq edənlər, zorakılığa əl atanlar əslində dinə xəyanət edirlər. Bütün İslam aləmi terrorçuluğu qınayır və onu törədənləri lənətləyir. İslam dini yarandığı gündən yalnız sülhü, humanizmi təbliğ edir və insanları mənəvi paklığa çağıran bir dindir.
Milyonlarla insanın etiqad etdiyi müqəddəslərin azadlıq iddiasında olan ölkələrdə təhqir olunmasından təəssüfləndiyini bildirən Prezident Həsən Ruhani deyib ki, müasir dünyada müqəddəs insanlara hörmətsizlik etmək və bunu azadlıq adlandırmaq faciədir.
Bəzi dövlətlər hələ də anlamırlar ki, nəinki müqəddəslərə, hətta adi insanlara qarşı hörmətsizlik edilməsi yanlışdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [12:42]
Nigeriyada 17 polis öldürülüb
- 17.05.2026 [12:26]
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 500-dən çox PUA vurulub
- 17.05.2026 [12:06]
Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək
- 17.05.2026 [11:12]
Nyu-Yorkda Azərbaycan diasporunun da iştirakı ilə Türk Günü Yürüşü keçirilib
- 17.05.2026 [09:00]
Mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
- 17.05.2026 [07:03]
Afrikada Ebola təhlükəsi: ÜST fövqəladə vəziyyət elan edib
- 17.05.2026 [05:42]