Musiqi Mədəniyyəti Dövlət Muzeyində barokko üslubunda musiqilər səsləndirilib
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində bədii rəhbəri İlahə Sadıqzadə olan “D’ACCORDO barokko” musiqisi ansamblı konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, muzeyin təşkilatçılığı ilə reallaşan konsertdə tanınmış ifaçılar iştirak ediblər.
Solisti İlham Nəzərov olan konsertdə bir-birindən parlaq ifalar səsləndirilib.
Konsert çərçivəsində dünya və Avropa bəstəkarlarının əsərlərinə də müraciət edilib, barokko üslubunda olan ifalar təqdim olunub. Konsert proqramı maraqla qarşılanıb.