Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar izləniləcək
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 7-də saat 12:00-da “Hacı Qara”, saat 19:00-da isə “Molla Nəsrəddinin beş arvadı” təqdim olunacaq. Həmçinin teatrsevərlər aprelin 8-də saat 19:00-da sevimli gülüş ustası, Xalq Artisti Afaq Bəşirqızının iştirakı ilə “Bankir adaxlı” tamaşasını izləyəcəklər.
Musiqili Teatr həmişə olduğu kimi, bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv aprelin 8-də saat12:00-da balaca teatrsevərlərin görüşünə “Bir dayan, canavar!” tamaşası ilə gələcək.
Səhnə əsərlərində Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Çingiz Əhmədov, Novruz Qartal, Əzizağa Əzizov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Ülviyyə Əliyeva və başqaları iştirak edəcəklər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]