MÜXALİFƏT PARTİYALARININ NÜMAYƏNDƏLƏRİ ÜZV OLDUQLARI PARTİYADAN İSTEFA VERİRLƏR
İndi biz Azərbaycan cəmiyyətinin həyatında mühüm hadisə olan 24 avqust ümumxalq səsverməsi gününün parlaq təsiri altındayıq. Həmin referendum günü insanlar görünməmiş bir fəallıqla məntəqələrə gələrək, Konstitusiyada dəyişiklik aktına öz münasibətini bildirirlər. Heç kim təsəvvürünə gətirməzdi ki, xalqın müxtəlif təbəqələrinin nümayəndələri bu siyasi məsələyə bu qədər məsuliyyətlə yanaşıb böyük ruh yüksəkliyi ilə münasibət bildirəcəklər. Bütün bunlar göstərdi ki, xalq Heydər Əliyevin tərəfindədir və indiki iqtidardan başqa heç kimə öz taleyini etibar etmir.
İndiyə qədər bizi aldadırdılar ki, guya Heydər Əliyev iqtidarının əhali arasında heç bir nüfuzu yoxdur və müxalifət partiyalarının nümayəndələri bu gün, sabah hakimiyyətə gələcəklər. Adımız müxalifətdə olan bizlərdən çoxumuz yaxşı bilirdik ki, bir sıra müxalifət liderləri populist suallarla çıxış edir, xalqı aldadırlar. Bəzilərimiz də öz siyasi əqidəmizi dəyişməyi mənliyimizə sığışdırmırdıq. İndi isə qəti addım atmaq qərarına gəldik. Çünki 2002-ci ilin referendum günü xalqın bütün təbəqələrinin müəllifinin böyük Heydər Əliyev olduğu Konstitusiyada dəyişiklik aktına çox böyük əksəriyyətlə “Hə” deməsi bizim kimilərinin əqidəsində və həyata baxışında inqilab etmişdir. Ona görə də bu gündən etibarən biz indiyə qədər üzvü olduğumuz partiyanın sıralarını tərk etdiyimizi bəyan edir və bizim kimi aldanmışları öz səhvini başa düşüb düz yola gəlməyə, xalqın iradəsinin əksinə fəaliyyət göstərən dağıdıcı müxalifətin sıralarını tərk etməyə çağırırıq.
Müsavat partiyasının üzvləri:
Famil Əli oğlu Yaqubov
Aydın Abbas oğlu Həsənov
Daşdəmir İslam oğlu Nağıyev
Sabir Sadıq oğlu Ələkbərov
Yaşar İbad oğlu Verdiyev
Qurban Məlik oğlu Nağıyev
Razim Məhəmmədəli oğlu Verdiyev və başqaları:
Cəmi- 21 nəfər.
Ədalət partiyasının üzvləri:
Sübhan Süleyman oğlu Kərimov
Sevinc Nurəddin qızı Kərimova
Cilingir İslam oğlu Hüseynov
Çingiz İslam oğlu Hüseynov
Təvəkkül İbrahim oğlu Adilov
Zaur Əjdər oğlu Adilov
Aslan Nəsrəddin oğlu Qafarov
Nüsrət Ramiz oğlu Yusifov
Tahir İbrahim oğlu Adilov
Rəfail Alrza oğlu İsmayılov
AXCP üzvləri:
İsmayıl Şamilov
Ziyəddin Hüseynov
Qüdrət Əliyev
Sakit Vəli oğlu Ocaqverdiyev
Əli Abdullayev
Paşayət Ocaqverdiyev
Məhərrəm Seyidov
Xaliq Əmrahov
Rizvan Hüseynov
Vəli Namazov
Mədəd Səmədov
Ələsgər Məmmədov
Vaqif Xasıyev və digərləri: cəmisi 19 nəfər.
ADP üzvləri:
Elçin Nazim oflu Ağayev
Məhərrəm Həmid oğlu Mehralıyev
Rasim Emilyon oğlu Hüseynov
Abbas İsa oğlu Məmmədov
AMİP üzvləri:
İbrahim Seyidqasım oğlu Seyidov
Zirəddin Əliş oğlu Hacıyev
Manaf Qara oğlu Nağıyev
Tovuz şəhəri, 28 avqust 2002-ci il