REGİONLAR
Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 36 əcnəbi aşkarlanıb
![Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 36 əcnəbi aşkarlanıb](/files/2019/3/1200x630/1574320114303229806_1200x630.jpg)
Naxçıvan, 21 noyabr, AZƏRTAC
Bu ilin ötən ayında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 36 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə 392-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmaqla, ümumilikdə, 1121 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Həmçinin olduğu yer üzrə qeydiyyatla bağlı 729 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 299-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.