ELM VƏ TƏHSİL
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir
Bakı, 20 iyul (AZƏRTAC). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2012/2013-cü tədris ili üçün aşağıdakı ixtisaslar üzrə bakalavr pilləsinə tələbə qəbulu elan edir:
1. Filologiya - 25 yer (rus və roman-german filologiyası):
a) rus filologiyası - 7 yer
b) fransız filologiyası - 9 yer
c) ispan filologiyası - 9 yer.
2. Riyaziyyat və kompyuter elmləri - 25 yer.
3. Kimya - 25 yer.
4. Psixologiya - 25 yer
5. İqtisadiyyat - 25 yer:
a) iqtisadiyyat - 13 yer
b) menecment - 12 yer.
Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər.
Qəbul imtahanları aşağıdakı fənlər üzrə aparılacaq:
1. Filologiya fakültəsi:
a) rus filologiyası:
rus dili (yazılı, ifadə)
rus ədəbiyyatı (yazılı, inşa)
b) roman-german filologiyası:
rus dili (yazılı, ifadə)
rus ədəbiyyatı (yazılı, inşa)
xarici dil (yazılı)
2. Kimya fakültəsi:
rus dili (yazılı, ifadə)
riyaziyyat (yazılı)
kimya (yazılı)
3. Riyaziyyat və kompyuter elmləri fakültəsi:
rus dili (yazılı, ifadə)
riyaziyyat (yazılı)
4. Psixologiya fakültəsi:
rus dili (yazılı, ifadə)
biologiya (yazılı)
5. İqtisadiyyat fakültəsi:
riyaziyyat (yazılı)
rus dili (yazılı, ifadə)
Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaqdır.
Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. 2012/2013-cü tədris ili üçün ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışı.
2. Orta təhsil haqqında sənəd (attestat, əsli).
3. Şəxsiyyət vəsiqəsi (əsli).
4. 3x4 sm ölçüdə 8 fotoşəkil.
MDU-nun Bakı filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.
Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir.
Tədris, əsasən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır.
Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim ediləcəkdir.
Sənədlər avqustun 7-dək saat 9.00-dan 18.00-dək qəbul olunacaqdır.
Qəbul imtahanları avqustun 8-12-də keçiriləcəkdir.
Ünvan: Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 14 (metronun Elmlər Akademiyası stansiyasının yanı).
Əlaqə telefonu: (012) 510-96-08.