NADİR TOMOQRAF YARADILMIŞDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Phillips şirkətinin mütəxəssisləri görünməmiş sürətlə yüksək keyfiyyətli rentgen müayinəsi aparan 256 laylı innovasiya skaneri ilə təchiz olunmuş nadir Brilliance iCT tomoqrafı hazırlamışlar. Ən başlıcası odur ki, tomoqraf adi aparatlarla müqayisədə xəstəni 80 faiz az şüalandırır.
Yeni aparatın köməyi ilə insan bədəninin skaner üsulu ilə müayinəsi bir dəqiqədən az çəkir. Sonra xüsusi kompyuter texnologiyasının tətbiqi ilə çoxsaylı rentgen şəkillərinin birləşməsindən vahid mənzərə - üçölçülü təsvir yaranır. Bu, həkimlərə orqanlara müxtəlif tərəflərdən baxmaq, xəstəyə daha düzgün diaqnoz qoymaq imkanı verir.
Hazırda tomoqraf yalnız ABŞ-dakı Klivlend Tibb Mərkəzində qurulmuşdur. Lakin aparatın radioloji və kardioloji tədqiqatlar zamanı son dərəcə faydalı olması onun geniş yayılacağını ehtimal edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]