ELM VƏ TƏHSİL
“Nar” “Ailə hekayəmdən” mövzulu müsabiqənin qaliblərini mükafatlandırıb
![“Nar” “Ailə hekayəmdən” mövzulu müsabiqənin qaliblərini mükafatlandırıb](/files/2016/1/1200x630/1459252209646827937_1200x630.jpg)
Bakı, 29 mart, AZƏRTAC
“Nar” mobil operatoru “Məktəb icmaları” tərəfindən təşkil edilən “Ailə hekayəmdən” müsabiqəsini dəstəkləyib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yarışın qaydalarına əsasən, öz ailəsinin tarixçəsindən ən maraqlı, parlaq, rəngarəng və vacib hadisələri qələmə alaraq, “Məktəb icmaları”na təqdim edən və onlayn müsabiqəyə qatılan hər bir məktəbli mobil operatordan dəyərli hədiyyələr qazanmaq fürsəti əldə edib.
“Məktəb icmaları” iştirakçıları arasında ən çox “like” toplayan müsabiqə iştirakçısı “Nar” tərəfindən smartfon, digər qaliblər isə mobil operator tərəfindən stimullaşdırıcı hədiyyələrlə təltif ediliblər.
“Nar” tərəfindən “Məktəb icmaları”na göstərilən dəstəyin məqsədi şagirdlərin məktəbdənkənar əlavə bilik və bacarıqlarının inkişaf etdirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [11:07]
Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı
- 14.06.2024 [21:41]
Əcnəbi Diplomatlar üçün “Xarici Siyasət Proqramı” yekunlaşıb
- 14.06.2024 [19:41]
İnstitutda Milli Qurtuluş Günü qeyd olunub
- 14.06.2024 [19:30]
DİM: I ixtisas qrupu üzrə bir nəfər 700 bal toplayıb
- 14.06.2024 [19:20]