“NARKOMANİYANIN PROFİLAKTİKASINDA MEDİANIN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 19-da “Park İNN-Azərbaycan” mehmanxanasında Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı (SCAD) Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası ilə birgə “Narkomaniyanın profilaktikasında medianın rolu” mövzusunda konfrans keçirmişdir.
SCAD proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev bildirmişdir ki, konfrans layihənin beşinci mərhələsinin fəaliyyət istiqamətlərindən birinə - narkomaniyanın mətbuat vasitəsilə profilaktikasına uyğun olaraq təşkil edilmişdir. Tədbirin keçirilməsinin məqsədi əhali, xüsusən yeniyetmə və gənclər arasında narkomanlığın fəsadları haqqında təsəvvürün formalaşdırılması, bu sahədə Azərbaycan hökumətinin həyata keçirdiyi işlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq, narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında mətbuatın rolunu qabartmaq, maarifləndirmə və təbliğat işində onun gücündən istifadə edilməsi yollarını müzakirə etməkdir.
Konfransda çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Dövlət Komissiyası işçi qrupunun rəhbəri Araz Əliquliyev, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda problemin həlli ilə bağlı həyata keçirilən tədbirlər və təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat vermişlər. Təəssüflə qeyd edilmişdir ki, bu sahədə KİV-lər tərəfindən aparılan iş heç də arzu olunan səviyyədə deyildir və bir çox hallarda statistik rəqəmlərin, konkret faktlar barədə məlumatların verilməsi ilə məhdudlaşır. Analitik təhlilə, narkotik vasitələrin doğurduğu fəsadların mütəxəssislər tərəfindən şərhinə, ümumiyyətlə, rast gəlmək olmur.
Tədbirdə Avropa İttifaqının və SCAD Proqramının eksperti Riçard İves narkotiklərin profilaktikası, bu məqsədlə mətbuat vasitələrindən istifadənin vacibliyini əks etdirən məruzə ilə çıxış etmiş, mövzu ilə bağlı müzakirələr aparılmışdır.
Məzahir Əfəndiyev narkotiklərin yayılmasının qarşısının alınması məqsədi ilə aparılan maarifləndirmə və təbliğat işinin gücləndirilməsi üçün ən yaxşı məqalə və ya proqrama görə KİV əməkdaşları arasında müsabiqə elan ediləcəyini bildirmiş, jurnalistləri bu işdə fəal iştiraka dəvət etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]