Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN MR ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN ÇIXIŞI

- Möhtərəm Prezident,

Sizin Vətənimizin ayrılmaz parçası olan doğma Naxçıvana hər birsəfəriniz əsl bayrama çevrilir. Bu səfərlər ümummilli liderimizlə başlanan idarəetmə fəlsəfəsinin, quruculuq və yeniləşmə xəttinin müasir şəraitdə davamı kimi yadda qalır, sosial-iqtisadi inkişafa hər an töhfələr bəxş edir. Ölkə rəhbəri kimi muxtar respublikaya birinci səfəriniz zamanı Naxçıvan beynəlxalq hava limanı, Naxçıvan Dövlət Universitetinin elektron kitabxanasının binası, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi üçün yeni institut binası, Əlillərin bərpa mərkəzi, Yeyinti-sənaye kompleksi, Naxçıvan şəhərindəki hərbi hissənin yeni korpusu və xidmət infrastrukturları kimi mühüm sosial və müdafiə əhəmiyyətli obyektlərin açılışını etdiniz. Regional mülki müdafiə mərkəzi, Üzgüçülük mərkəzi, Heydər Əliyev adına məktəb qədim diyara ikinci səfərinizin yadigarları kimi fəaliyyət göstərir. Muxtar respublikaya üçüncü səfəriniz dahi rəhbərimizin quruculuq xəttinin daha bir ifadəsi kimi tarixə həkk olundu - muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti olan Heydər Əliyev Su Anbarı, Naxçıvan şəhərində Gənclik mərkəzi, Kitab evi, Şahbuz rayonunun Ayrınc kəndində orta məktəb binası, Naxçıvandakı hərbi hissədə yeni obyektlər istifadəyə verildi. Diaqnostika-Müalicə Mərkəzinin təməlqoyma mərasimi keçirildi. İqtisadi blokada vəziyyətində kəskin enerji qıtlığı şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına Sizin himayənizlə 13 illik fasilədən sonra təbii qazın verilməsi bərpa olundu. Bu, ötən illərin ən mühüm hadisəsi idi. Ümummilli liderimiz Azərbaycana rəhbərliyinin birinci dövründə Naxçıvana əfsanə sayılan qaz kəmərinin çəkilməsini reallaşdırdısa, Siz, bu məktəbin ən layiqli yetirməsi, Heydər Əliyev yolunun ardıcıl davamçısı kimi bu məktəbin, bu yolun tükənməz yaradıcı gücünü bir daha nümayiş etdirdiniz: mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Naxçıvana yeni qaz kəməri çəkməklə qədim yurdun xilasına imza atdınız. Vətənimizin ayrılmaz parçasında Sizin rəhbərliyinizlə həyata keçirilən quruculuq tədbirləri, son 3 ildə yeni yaradılmış və fəaliyyəti bərpa olunmuş sənaye və emal müəssisələri, üzləşdiyimiz energetika problemlərinin həlli, ucaldılan məktəb binaları, səhiyyə, ali təhsil və elm müəssisələri, müharibə əlilləri, qaçqın və məcburi köçkünlər üçün tikilən yaşayış evləri, iqtisadiyyatın bütün sahələrində əldə olunan nailiyyətlər, infrastruktur sahələrində görülmüş işlər, 2003-cü ilin oktyabrından bu günə kimi açılmış 24 min 99 yeni iş yeri Sizin əhalinin rifahına yönəlmiş səmərəli dövlətçilik fəaliyyətinizin yadigarlarıdır. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk, muxtar respublikanın əhalisi daim Sizinlədir.

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni obyektlərin istifadəyə verilməsi, yeni tikililərin ucaldılması bir daha sübut edir ki, möhtərəm Heydər Əliyevin quruculuq xətti inamla davam etdirilir. Bu siyasi xətt ulu öndərimizin sağlığında insanların rifah halının yüksəlməsinə yönəldilmişdi. Bu gün ölkə rəhbəri hörmətli İlham Əliyev də Azərbaycanda mövcud potensialın insan kapitalına çevrilməsi, başqa sözlə, əhalinin rifahının, sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün imkanların səfərbər edilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyur. Yeni şəraitdə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasını ümummilli liderimiz belə müəyyənləşdirmişdir: strateji xəttimiz sərbəst iqtisadiyyat və sosial inkişaf yoludur. Hörmətli Prezidentimiz də bu xəttin davamı olaraq bildirir ki, Azərbaycanın inkişafı bundan ibarətdir: güclü iqtisadiyyat, güclü infrastruktur və güclü sosial siyasət. Ölkə Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramı həyatın bütün sahələrində sürətli inkişafa rəvac vermiş, regionlarda canlanma yaratmışdır. Yeni istehsal sahələrinin istifadəyə verilməsi nəticəsində əhalinin məşğulluğu xeyli dərəcədə təmin olunmuş, elektrik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial problemlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual səviyyəyə yol açmışdır. Göründüyü kimi, proqramın əsas qayəsi insan amilinə, vətəndaşlar üçün əlverişli mühitin yaradılmasına yönəldilmişdir. Bu sırada əsas yerlərdən birini sağlamlığın mühafizəsi, ən müasir standartlara uyğun müalicə-bərpa mərkəzlərinin yaradılması tutur. Blokada vəziyyəti ilə bağlı ölkəmizin əsas ərazisinə gediş-gəlişin çətinliyi ucbatından Naxçıvan Muxtar Respublikasında bu sahədə bir sıra problemlər mövcud idi. Hörmətli Prezidentimiz bu problemlərin həlli ilə bağlı hələ 2004-cü ildə bir sıra tapşırıqlar vermiş, Yaponiya istehsalı olan kompyuter tomoqrafiyası aparatı alınaraq, Naxçıvan respublika xəstəxanasında quraşdırılmışdır. Bununla yanaşı, problemin kompleks həlli məqsədi ilə ölkə rəhbərinin tapşırığı əsasında Naxçıvanda yeni Diaqnostika-Müalicə Mərkəzinin tikintisinə başlanıldı. Düz bir il bundan əvvəl təməlqoyma mərasimində çıxış edən hörmətli İlham Əliyev demişdir: “Qısa müddət ərzində, bir il ərzində bu diaqnostika mərkəzi tikilməlidir və burada ən yüksək səviyyədə xidmət göstəriləcəkdir. Biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik və elə etməliyik ki, xalq bütün məsələlərdə özünü rahat hiss etsin, heç bir çətinliyi olmasın”.

Cənab Prezident, Naxçıvanda Sizin daha bir yadigarınız olan yeni obyekt – Diaqnostika-Müalicə Mərkəzi hazırdır. Mərkəzin binasının istər tikinti-memarlıq həlli, istərsə də dünyada mövcud ən yeni avadanlıqların alınıb gətirilməsi və quraşdırılması daim Sizin şəxsi nəzarətiniz altında olmuş, beləliklə, tamamilə yeni bir müalicə-diaqnostika kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi muxtar respublika üçün həyati vacib obyektlərdən biridir. Ümumi sahəsi 14 min kvadratmetrə yaxın olan mərkəz təcili yardım, diaqnostika, hemodializ, ümumi stasionar və kardiocərrahiyyə şöbələrindən ibarətdir. Müasir layihə əsasında inşa olunan bu səhiyyə ocağı yerləşdiyi əraziyə, muxtar respublikanın paytaxtı Naxçıvana yeni yaraşıq gətirməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsinə də öz töhfəsini vermişdir. Belə ki, mərkəzin tikintisində 600-700 nəfər işçi çalışmışdır. Mərkəzin istifadəyə verilməsi nəticəsində isə 350 yeni iş yeri açılacaqdır. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi nəinki muxtar respublikada, hətta ətraf regionda bənzəri olmayan səhiyyə-sağlamlıq müəssisəsidir. Mərkəzin istifadəyə verilməsi müalicə və müayinə üçün başqa ölkələrə, Bakı şəhərinə gedib-gəlməyə məcbur olanlara muxtar respublikanın özündə tibbi müayinə və xidmət göstərilməsinə imkan yaradacaqdır. Eyni zamanda, ətraf regionların əhalisinin də burada müalicə almaq imkanı olacaqdır.

Möhtərəm Prezident, Sizin himayənizlə ucaldılan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi 15 ildən artıq bir müddətdə blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının və əhalinin sağlamlığı, səhiyyə müəssisələrinin fəaliyyəti ilə bağlı problemlərin həllinə həssaslıqla yanaşmağınızın, göstərdiyiniz dövlət qayğısının ifadəsidir. Bu böyük qayğıya və diqqətə görə Sizə muxtar respublikanın əhalisinin, bu sağlamlıq ocağından istifadə edəcək bütün insanların minnətdarlığını çatdırıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib