REGİONLAR
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları əsgərlərə bayram sovqatı aparıb
Naxçıvan, 29 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının əsgərlərinə bayram sovqatı aparıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov əsgər və zabitləri bayramlar münasibətilə təbrik edib, onlara hərbi xidmətlərində uğurlar diləyib.
Əsgərlərdən Həsənxan Həsənxanlı və Çingiz Əkbərov göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda gətirilən bayram sovqatı hərbi hissəyə təhvil verilib.
Tədbir süfrə arxasında davam etdirilib.
Briqadanın özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib. İfa olunan mahnılar və rəqslər alqışlarla qarşılanıb.