Naxçıvanda Anım Günü ilə əlaqədar 400 tut tingi əkilib
Naxçıvan, 26 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya Naxçıvan–Çalxanqala avtomobil yolunun sağ kənarında keçirilib.
Tədbirdə nazirliyin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər. Aksiya çərçivəsində 1 hektar sahədə 400 ədəd dibçək tut tingi əkilib.