Naxçıvandakı Uzunoba Su Anbarına 80 min balıq buraxılıb
Naxçıvan, 19 noyabr, AZƏRTAC
Muxtar respublikada balıq ehtiyatlarının zənginləşdirilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İran İslam Respublikasından alınmış 4 növ - çəki, amur, qalın və ala növləri olmaqla, ümumilikdə, 80 min ədəd vətəgə əhəmiyyətli balıq Uzunoba Su Anbarına buraxılıb.
AZƏRTAC xəbər verir ki, son illər muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin bir hissəsini də göllərin, su anbarlarının əsaslı təmir və yenidən qurulması və burada canlı mühitin bərpa olunması istiqamətində görülən işlər təşkil edir.
Cari ildə 8 milyon kubmetr su tutumu olan Uzunoba Su Anbarı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu, suvarma suyuna olan tələbatın ödənilməsinə əlverişli şərait yaratmaqla bərabər, balıq ehtiyatlarının zənginləşdirilməsinə də geniş imkanlar açıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2026 [17:54]
Mingəçevir teatrı sənətsevərlərə iki yeni tamaşa təqdim edəcək
- 16.05.2026 [17:50]
Ordubad və Şahbuz rayonlarına dolu düşüb VİDEO
- 16.05.2026 [17:35]
İlk dəfə Qəbələdə - “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı
- 16.05.2026 [16:55]