Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quba yerli və xarici qonaqları qarşılamağa hazırdır - Qəçrəşdən reportaj VİDEO

Quba, 16 may, AZƏRTAC

Zəngin təbiəti və qədim mədəniyyəti ilə seçilən Quba yerli və xarici qonaqları qarşılamağa hazırdır. Əksər istirahət mərkəzlərində yeni turizm mövsümünə hazırlıq işləri başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqaməti Quba-Xınalıq turizm marşrutudur.

Əsrarəngiz təbiət mənzərələrinə malik Qəçrəş meşələri, dağ yamacı boyunca axan bolsulu Qudyalçay, Qafqaz dağlarının sıldırım qayalıqları arasındakı füsunkar gözəlliklər və unikallığı ilə bütün dünyada tanınan qədim Xınalıq kəndi turistləri bura cəlb edir. Bununla yanaşı, Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır.

Quba-Xınalıq istiqamətinin ilk dayanacağı - Qəçrəş meşəsidir. Qəçrəş kəndi rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur. Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini izləməkdən zövq alırlar.

Yerli turist Elgün İsmayılova hər il yay aylarında Qubaya dincəlməyə gəldiklərini bildirib: “Bakı şəhərində yaşayıram. Havalar isindikcə adam istəyir ki, təbiət qoynunda dincəlsin. Qubanın təbiəti isə möhtəşəmdir. Övladlarımızla birlikdə gəlmişik. Dünyada məşhur türk tarixçi İlbər Ortaylı tövsiyyə edir ki, mebel, geyim dükanlarını gəzincə uşaqlarınızın əlindən tutub səyahət edin ki, dünyagörüşünüz artsın. Mən də çalışıram bacardıqca həm ölkəmizin həm də dünyanın görməli yerlərini gəzim. Qubaya gələndə insan sərinliyi, təmizliyi və sakitliyi hiss edir”.

Quba-Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri də məhz Qəçrəş kəndi ərazisindədir. Qəçrəş və ətraf ərazilərdə dincəlmək üçün hər büdcəyə uyğun münasib turizm obyekti tapmaq mümkündür.

“Qubaya beşinci gəlişim olsa da kollektivlə ilk səfərimdir. Həmişə ailə ilə gəlmişəm. Buranın havası, təbiəti, sıx meşələrini çox bəyənirəm. Həm də paytaxta yaxın olduğuna görə gəlməyə dəyər”, - deyə yerli turistlərdən Xəyalə Mirzəxanlı söyləyib.

Quba-Xınalıq turizm marşrutu ilə səyahət zamanı yolun bir hissəsi gur axan Qudyalçayın sahili ilə dağ yamacı boyunca uzanır. Xınalıq kəndinə yollanan turistlərin əksəriyyəti bu möhtəşəm təbiət mənzərələrinə biganə qala bilmir. Onlar yolboyu dəfələrlə avtomobillərini saxlayır, füsunkar təbiətdən zövq alır, video, fotoşəkillər çəkirlər.

Azərbaycana ilk dəfə gələn türkiyəli turist Camal Sayar bildirir ki, burada onlara doğma münasibət var: “Bura bir türkdilli dövlət olduğu üçün səyahət etmək qərarı verdik. Eyni dildə danışırıq. Bir-birimizi gözəl anlayırıq. Buranın insanları çox istiqanlıdır. Bakı çox modern bir şəhərdir. Bir azdan Şahdağa gedəcəyik. Burada dadlı qutablardan yedik. Hələ gəzəcək çox yerimiz var. Bu gün Azərbaycanda ilk günümüzdür. Birbaşa təbiət qoynuna düşmək çox gözəldir. Burada özümüzü elə ölkəmizdə olduğumuz kimi hiss etdik”.

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar ölkəmizə gələcək çoxsaylı xarici turistlərin paytaxtla yanaşı bölgələrimizi də yaxından tanımaq imkanı olacaq. Qubada yerləşən turizm mərkəzləri əcnəbi qonaqları qarşılamağa hazırdır.

“Bizim istirahət mərkəzi füsunkar təbiətə malik Qəçrəş meşəsində yerləşir. Yeni mövsümə tam hazırıq. Bizim yerli, həm də xaricdən gələn turistləri qarşılamaq, onları xoş təəssüratlarla yola salmaq üçün kifayət qədər təcrübəmiz var. Xidmət sahəsində ərəb, rus, ingilis dillərini bilən əməkdaşlarımız çalışır. Qonaqlara ləziz milli yeməklər, Quba, ləzgi, tat mətbəxinin dadlı çeşidlərini təqdim edirik. Burada qalmaq üçün koteclərimiz, “A-frame” evlərimiz var. Günü 80 manatdan başlayan qiymətlərlə bizim istirahət mərkəzində meşə, çay mənzərəli yerlərdə qalmaq və dincəlmək olar. Yerli qonağımıza da, xaricidən gələnə də böyük hörmətimiz var”- deyə istirahət mərkəzinin inzibatçısı Tahir Muradov bildirib.

Qubaya gələn turistlərin istirahət edə biləcəyi 5 əsas turizm marşrutu var.

Quba-Xınalıq istiqamətdə səyahət edənlər Xınalıq kəndindəki dağ icmasının unikal mədəniyyəti, həyat tərzi ilə yaxından tanış ola bilərlər. Bu marşrutun üzərində yerləşən Cümə məscidi, Günbəzli hamam (Çuxur hamam), Quba Tarix-Diyarşünaslıq Muzeyi, Tağlı körpü, Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, Qəçrəş meşəsi, Minarə (Küsnətqazma kəndi), Qrız körpüsü, Xınalıq Tarix-Etnoqrafiya Muzeyi, Xınalıq Atəşgahı (xüsusi icazə ilə) turistlər üçün diqqət çəkən yerlərdir.

Quba-Xanagah turizm marşrutunun üzərində yerləşən və turistlər üçün diqqət çəkən yerlərə A.Bakıxanovun ev-muzeyi, Cümə məscidi (Püstəqasım kəndi), Xanəgah qəbiristanlığı, Şahdağ Milli Parkı, Girdah şəlaləsi, Xanagah şəlalələri, Söhüb qalası, Yeddilər qalası, Qaraçay kanyonu və başqa görməli yerlər aiddir.

Turistlərin tez-tez səyahət etdiyi Quba-Qrız turizm marşrutunun ümumi uzunluğu 40 kilometrdir. Qafqaz Albaniyasının izlərini daşıyan Qrız kəndinin tarixi, mədəniyyəti və təbiət imkanları marşrutu unikal edir. Ekoturizmi təcrübə etmək üçün Qrız kəndi ən doğru seçimdir.

Quba-Afurca turizm marşrutunun əsas özəlliyi Afurca şəlaləsi, Təngəaltı kəndinin unikal təbiətidir. Bu turizm marşrutunun üzərində yerləşən Birinci Nügədi kənd məscidi, Çənlibel gölü, Afurca şəlaləsi, Təngəaltı kanyonu (Təngə dərəsi kanyonu), Qaçaq Mayıl mağarası əsas diqqət çəkən yerlədir.

Quba-Qırmızı qəsəbə turizm marşrutu ilə səyahət zamanı Qırmızı qəsəbədə yaşayan dağ yəhudilərinin tarixi, mədəniyyəti, mətbəxi ilə yaxından tanış olmaq olar.

Müxbir - Elxan Yusifli

 

Quba yerli və xarici qonaqları qarşılamağa hazırdır - Qəçrəşdən reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib

bp yarım ildə Azərbaycanda sponsorluq etdiyi layihələrə 0,9 milyon dollar xərcləyib

Suriya limanlarının kommersiya fəaliyyəti genişlənir

Metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Slavik Alxasov “Araz-Naxçıvan”ı tərk edib

“Qarabağ” yatağında aparılan tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı davam edir

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb

Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir

Azərbaycanda zubrların sayı 89-a çatıb

XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür