Ordubad və Şahbuz rayonlarına dolu düşüb VİDEO
Naxçıvan, 16 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib ki, Ordubad rayonunun Parağaçay qəsəbəsində və Şahbuz rayonunun Biçənək kəndində dolu yağması qeydə alınıb.
Müşahidələrə əsasən, dolunun diametri Parağaçayda 5, Biçənəkdə 6 millimetr təşkil edib.
Hazırda yağıntılı hava şəraiti davam edir.
Müxbir- Nail Əsgərov