İQTİSADİYYAT
Nazir: Bu günədək 400-dək layihə təşviq olunub
![Nazir: Bu günədək 400-dək layihə təşviq olunub](/files/2019/2/1200x630/15646498235471238273_1200x630.jpg)
Bakı, 1 avqust, AZƏRTAC
İnvestisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Bu günədək 400-dək layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.
Nazir qeyd edib ki, bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.