NEBOSH kvalifikasiyaları ilə bağlı təqdimat mərasimi olmuşdur
Bakı, 11 dekabr (AZƏRTAC). Dekabrın 11-də GRBS® Beynəlxalq Tədris Mərkəzi NEBOSH kvalifikasiyaları ilə bağlı təqdimat mərasimi keçirmişdir.
GRBS təlim şirkətinin Beynəlxalq peşəkar kvalifikasiyalar departamentinin direktoru Sübhan Qasımlı məlumat vermişdir ki, dünyanın 80-dən çox ölkəsində hər il 30 mindən çox mütəxəssisi cəlb edən NEBOSH (The National Examination Board in Occupational Safety and Health - Əməyin Təhlükəsizliyi və Sağlamlıq üzrə Milli İmtahan Şurası) 31 illik təcrübəyə malikdir və sağlamlıq, ətraf mühitin, əməyin təhlükəsizliyi, risklərin idarə olunması kimi istiqamətlərdə beynəlxalq aləmdə tanınmış peşəkar ixtisaslaşdırma proqramları - kvalifikasiyalar təklif edir. NEBOSH kvalifikasiyaları Institution of Occupational Safety and Health (IOSH), International Institute of Risk and Safety Management (IIRSM) və Institute of Environmental Management and Assessment (IEMA) kimi beynəlxalq qurumlar tərəfindən tanınır.
NEBOSH kvalifikasiyasına malik mütəxəssislər iş yerlərində, istehsalatda və tikintidə sağlamlıq, əməyin və texnikanın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq səviyyədə tanınmış sertifikatlarla təltif edilməklə yanaşı, respublikamızın təhlükəsizlik və sağlamlıq üzrə müvafiq qanunvericiliyinin tələblərinə tam şəkildə cavab vermiş olurlar.
Hər il NEBOSH kvalifikasiyalarına yiyələnmək üçün lazım olan kurslar özünə təxminən 30 000 namizəd cəlb edir. Bu kurslar dünyanın 80 ölkəsində 400-dən artıq təlim mərkəzi tərəfindən keçirilir. NEBOSH kvalifikasiyaları IOSH (Institution of Occupational Safety and Health), IIRSM (International Institute of Risk and Safety Management) və IEMA (Institute of Environmental Management and Assessment) kimi uyğun profesional üzvlük təşkilatları tərəfindən tanınır.