Azərbaycan Dövlət İnformasiya Agentliyi

NƏRGİZ ƏLİYAROVA: “...AZƏRBAYCAN BƏSTƏKARLARININ NOTLARINI İSƏ ÖZLƏRİNƏ SAXLADILAR”

Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi, Azərbaycan Dövlət fortepiano triosunun solisti Nərgiz Əliyarova bu fəxri adların siyahısını bu yaxınlarda artırmış, beynəlxalq müsabiqənin laureatı olmuşdur.

İtaliyanın Coya şəhərində mayın 28-dən iyunun 1-dək keçirilən Petro Arcento adına 11-ci beynəlxalq müsabiqəyə dünyanın hər yerindən ifaçılar toplanmışdı.

Nərgiz xanım deyir: “Əvvəllər Sovet İttifaqında Avropa müsabiqələrinə düşmək çətin idi. Əvvəlcə ümumittifaq seçmə mərhələsindən keçmək lazım idi. Müttəfiq respublikaların nümayəndələrinə bu, təsadüfi hallarda müyəssər olurdu. Ancaq indi, müstəqil dövlətimizdə hər kəs beynəlxalq arenada qüvvəsini sınaya bilər, internetin inkişafı isə informasiya qıtlığına son qoymuşdur”.

Nərgiz Əliyarova Bakı Musiqi Akademiyasının dosenti Kəmalə Neymənova ilə birlikdə fortepiano duetinin tərkibində İtaliyada keçirilən beynəlxalq müsabiqənin “Kamera ansamblı” kateqoriyasında iştirak etmişdir.

Düşünürəm ki, ifaçıların necə həyəcan keçirdiyini söyləməyə ehtiyac yoxdur. Bu, onların belə mötəbər Avropa müsabiqəsində ilk çıxışı olsa da, musiqiçilərimiz 2-ci fəxri mükafata - diplom və gümüş medala layiq görülmüşlər. Azərbaycan musiqiçiləri İtaliya və Rusiya ifaçılarını çox-çox geridə qoyaraq, yalnız Yunanıstan duetini (1-ci mükafat) bir bal irəli buraxdılar. 8 nəfərdən ibarət münsiflər heyətinin tərkibində 6 italiyalı, 1 rusiyalı və 1 koreyalı var idi.

Nərgiz xanım deyir: “Avropada qalib gəlmək elə də asan deyil. Avropa dinləyicisi zərif duyum qabiliyyəti, incə zövqü, tələbkarlığı ilə fərqlənir. Mötəbər münsiflər heyətini razı salmaq da müşkül məsələdir. Virtuoz ifa və gözəl məktəblə fərqlənən italiyalıları və rusiyalıları geridə qoymağımız isə bizim üçün ikiqat xoşdur. Biz Motsartın, Şopenin, Bramsın və Arif Məlikovun əsərlərini ifa etdik. Maraqlı məqam. Müsabiqədən əvvəl ifaçılar notları münsiflər heyətinə təqdim edirdilər, baxışdan sonra isə həmin notlar ifaçılara qaytarılırdı. Arif Məlikovun “Skertso”sundan başqa bütün notları bizə qaytardılar. Sonra öyrəndik ki, Azərbaycan musiqisi onların çox xoşuna gəlib və notları özlərinə saxlayıblar...”.

Bir qədər əvvəl, mayın 18-də Nərgiz xanım Azərbaycanın Fransadakı səfirliyinin dəvəti ilə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Paris Senatının binasında keçirilən konsertdə iştirak etmişdir. Nərgiz xanım xatırlayır: “Salonda çoxlu yüksək vəzifəli fransız və müxtəlif ölkələrin diplomatik missiyalarının nümayəndələri var idi. Yaman həyəcan keçirirdik. Konsertdə mənimlə birlikdə Bakı Musiqi Akademiyasının tələbələri Cavad Tağızadə və Lalə Mürşüdlü də iştirak edirdilər. Biz Azərbaycan musiqi mədəniyyətinin korifeyləri Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Vaqif Mustafazadə və başqalarının əsərlərini dünyaya tanıtdırmaqdan qürur duyurduq. Mən Avropa dinləyicisinə, əlbəttə, daha yaxın olan Şopenin noktürn və valsını da ifa etdim”.

İnstrumental musiqi konserti çox yüksək səviyyədə keçdi. Konsertdən sonra təşkil olunan rəsmi qəbulda maraqlı söhbətlər, Azərbaycan musiqisi barədə fikir mübadiləsi aparıldı. Fransız dilini bilməsi Nərgiz xanımı dinləyicilərlə daha da yaxınlaşdırdı. Konsertdə olmuş fransız pianoçusu İzabel de Ku Azərbaycan bəstəkarlarının bəyəndiyi əsərlərinin notlarını öz repertuarına daxil etmək üçün götürdü.

Qeyd etmək lazımdır ki, Nərgiz Əliyarova Bülbül adına Orta İxtisas Məktəbini qızıl medalla bitirmiş, sonra Azərbaycan Dövlət Konservatoriyasında professor Elmira Səfərovanın sinfində təhsil almışdır. Üç il dalbadal, - bu, maksimal müddətdir, - Lenin təqaüdünə layiq görülmüşdür. Konservatoriyanı bitirdikdən sonra kamera ansamblı kafedrasında, sonralar həm də xüsusi fortepiano kafedrasında müəllim işləmiş, 2001-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

N.Əliyarova 2002-ci ildən Azərbaycan Dövlət fortepiano triosunun solistidir. Bu tərkibdə Almaniyada keçirilən Azərbaycan günlərində, İstanbulun ən möhtəşəm “Reşit Rey Konser Salonu”nda çıxış etmişdir.

Nərgiz xanım deyir: “Bu il mənim üçün uğurlu başlanmışdır. Nəzərdə tutduğum bir çox musiqi layihələrini həyata keçirə bilmişəm. Fevralda Fəxrəddin Kərimovun rəhbərlik etdiyi Azərbaycan Dövlət simfonik orkestri ilə birlikdə Bethovenin fortepiano ilə orkestr üçün üçüncü konsertini ifa etdim.

Nərgiz xanım yaradıcılıq planları barədə danışmağı sevmir -mümkün qədər çox çalmaq və daim öz ustalığını artırmaq onun əsas iş prinsipidir.

Ən böyük arzusu isə hələ yerinə yetməyib - Qarabağı azad görmək. Amma bu arzusuna qovuşacağına qəti əmindir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Orta Dəhlizin artan strateji rolu vurğulanıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb