NƏRİMAN NƏRİMANOVUN ANADAN OLMASININ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, 14 aprel görkəmli dövlət xadimi, yazıçı-dramaturq, publisist, həkim Nəriman Nərimanovun anadan olmasının 138-ci ildönümüdür.
Bu münasibətlə N.Nərimanovun xatirə muzeyində görkəmli dövlət xadiminin həyat və fəaliyyətinə həsr olunmuş tədbir keçirilmişdir.
Nərimanovşünasların, yubilyarın qohumlarının, muzey fəallarının iştirakı ilə keçən tədbirdə professor Hüseyn Əhmədov, tarix elmləri namizədləri Firdövsiyyə Əhmədova, Rəna Bayramova, fəlsəfə elmləri namizədi Arzu Hacıyeva, tərcüməçi-jurnalist Akif Qəhrəmanov və başqaları çıxış etmişlər. Natiqlər Nərimanovun müxtəlif vəzifələrdə çalışarkən gördüyü işlərdən, şəxsi keyfiyyətlərindən, vətənpərvərliyindən, ən çətin anlarında belə xalqına xidmətindən söz açmış, onunla bağlı indiyədək məlum olmayan faktlar səsləndirmiş, N.Nərimanovun daha ətraflı tədqiqi və təbliği ilə bağlı fikirlərini diqqətə çatdırmışlar.
Tədbirdə N.Nərimanovun həyat və fəaliyyətindən bəhs edən kitablar, qəzet və jurnal materialları xatirə muzeyinə hədiyyə edilmişdir.
Muzey əməkdaşları tədbirdən əvvəl N.Nərimanovun abidəsini ziyarət etmiş, onun önünə gül-çiçək dəstələri qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]