Nəsimi rayonunda keçirilən qanvermə aksiyasında 200 nəfərdən çox könüllü iştirak edib
Bakı, 1 iyun, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyəti başçısı aparatının və struktur sahələrinin kollektivləri, həmçinin rayon ərazisində fəaliyyət göstərən müəssisələrin əməkdaşları irsi və qan xəstəliyi olanlara yardım göstərmək məqsədilə rayonda keçirilən qanvermə aksiyasında fəal iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Milli Hemotologiya və Transfuziologiya Mərkəzi Qan Bankının həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası aparılıb.
Aksiyada 200 nəfərdən çox əməkdaş iştirak edib.