MƏDƏNİYYƏT
Nəşriyyatlar sərgidə daha maraqlı kitablar təqdim etmək üçün əllərindən gələni edirlər
Bakı, 9 oktyabr, AZƏRTAC
Ölkəmizdə keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisi insanları oxumağa, öyrənməyə təşviq edir. Gələcəyə aparan aydın yolda yürümək üçün mütləq oxumağa, öyrənməyə ehtiyac var. Sərgi Azərbaycanda uşaqlara, müəyyən yaş qruplarına, demək olar ki, əhalinin bütün təbəqələrinə xitab edir. Sevindirici haldır ki, xalqımız kitaba maraq duyur, yüksək səviyyədə həvəs göstərir. Eyni zamanda, nəşriyyatlar da sərgidə daha nəfis tərtibatlı kitab çıxarmaq, daha maraqlı kitablar təqdim etmək üçün əllərindən gələni edirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus deyib.
O qeyd edib ki, xüsusən də şənbə, bazar günləri insanların daha sıx şəkildə kitabların işığına yığışdığını görürük. İnanıram ki, belə sərgilərin yaxın gələcəkdə daha böyük bəhrələrini görəcəyik. Tarixi romanların yazılması, milli duyğularla, milli hisslərlə yazılmış kitabların nəşri gənc nəsli uğurlu gələcəyə hazırlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [17:51]
Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!
- 28.06.2024 [16:42]
Azərbaycan Ümumdünya Parfümeriya Konqresində təmsil olunub VİDEO
- 28.06.2024 [12:12]
"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir
- 28.06.2024 [12:09]
“Xeyir xəbər” tamaşasının premyerası keçirilib
- 28.06.2024 [11:55]