MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzi “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı xüsusi repertuar hazırlayıb
![Nizami Kino Mərkəzi “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı xüsusi repertuar hazırlayıb](/files/2015/2/1200x630/143395583451945329_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 12-dən 28-dək Nizami Kino Mərkəzinin qapıları “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı paytaxta gələn qonaqlar üçün açıq olacaq.
Kinomərkəzdən AZƏRTAC-a bildirilib ki, artıq repertuara xarici dilə tərcümə olunmuş tammetrajlı milli bədii filmlər və idman mövzusunda qısametrajlı sənədli filmlər daxil edilib.
Milli bədii kinolentlər sırasında olan “Nabat”, “Çölçü”, “Girov”, “Ovsunçu” , “Aktrisa”, “ İlahi məxluq” , “Hökmdarın taleyi”,“40-cı qapı”, “Axınla aşağı”, “Dərvişin qeydləri”, “Qafqaza qayıdış”, “Sahə”, “Niyyət”, “Buta”, sənədli və qısametrajlı filmlər sırasında “Keçmişə qaçış”, “Səhra boksçusu” ,“London səhnələri”, “Səssiz idman”, “Zirvədə həyat”, “Oyundankənar”, “Qalib”, “Oyun sevgisi”, “Slec xokkey”, “Valeri Brumel”, “Təşəkkür edirəm, doktor”,“Top həm düşər, həm qalxar”, “Həmişə analar günündə”, “Çovqan”, “Rəqs et” filmləri ingilis dilində subtitrlərlə təqdim ediləcək.
Filmlər iyunun 12-dən 28-dək hər gün saat 17:00-da kinomərkəzin iki zalında pulsuz nümayiş olunacaq.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin “facebook” səhifəsindən (https://www.facebook.com/NizamiCinema?rf=hl) öyrənmək mümkündür.