Norveç tezliklə “OPEC+” sazişinə qoşulmaq barədə qərar qəbul edəcək
Stokholm, 14 aprel, AZƏRTAC
Norveçin Neft və energetika naziri Tina Bru bəyan edib ki, Krallıq Hökuməti tezliklə neft hasilatı həcminin azaldılmasına dair beynəlxalq sazişə qoşulmaq barədə qərar qəbul edəcək.
AZƏRTAC Norveç KİV-nə istinadla xəbər verir ki, Qərbi Avropada ən iri neft istehsalçısı olan Krallıq “OPEC+” çərçivə razılaşması formatında neft istehsal edən digər ölkələrə qoşulmaq imkanlarını nəzərdən keçirir. Tina Brunun sözlərinə görə, yeni saziş gələn il neft bazarında sabitliyin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malik olacaq. O, həmçinin bildirib ki, Norveç yaxın zamanlarda hasilatda mümkün ixtisarlarla bağlı xüsusi qərar qəbul edəcək.
Qeyd edək ki, Rusiyanın, Azərbaycanın, Qazaxıstanın, həmçinin OPEC-ə üzv olan bir sıra digər dövlətlərin daxil olduğu “OPEC+” formatı çərçivəsindəki saziş dünya bazarlarında qiymətləri sabitləşdirmək üçün hasilatı azaltmağı nəzərdə tutur. Norveç, öz növbəsində, bu sazişə dəstək olaraq hasilatın hələlik birtərəfli qaydada azaldılması imkanlarını nəzərdən keçirir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:52]
BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır
- 13.10.2026 [11:42]
Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır
- 13.10.2026 [11:33]
Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq
- 13.10.2026 [11:29]
Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq
- 13.10.2026 [11:08]
Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir
- 13.10.2026 [11:03]
OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb
- 13.10.2026 [10:33]
BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]