MƏDƏNİYYƏT
Növbəti dəfə “YARAT”da “Hip-hop” rəqsindən danışılıb
![Növbəti dəfə “YARAT”da “Hip-hop” rəqsindən danışılıb](/files/2017/2/1200x630/15041789313761937566_1200x630.jpg)
Bakı, 31 avqust, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzində yay düşərgəsi layihəsi çərçivəsində növbəti tədbir “Hip-hop” rəqsinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, proqramın rəhbəri “NERO” rəqs studiyasının təsisçisi və direktoru, eyniadlı şou baletinin rəhbəri Emin Hüseynov olub. Proqram çərçivəsində iştirakçıların mövzu ilə bağlı maraq doğuran sualları cavablandırılıb. Proqramın əsas məqsədi - müasir incəsənəti “Hip-hop” rəqsi prizmasından nəzərdən keçirməkdir. Düşərgə zamanı iştirakçılar “YARAT”da nümayiş olunacaq “Qazaxıstan üzərində günəş və neonlar” qrup sərgisi əsasında rəqs çıxışı hazırlayacaqlar. 10-21 yaşlı iştirakçıların qatıldığı proqram sentyabrın 1-dək davam edəcək.